VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Tibbi xidmətlər üzrə assistent

🏢Paşa Sığorta📍Address not specifiedFull-time📅24.08.2026💰Interview-based

Job Description & Requirements

"PAŞA Sığorta" ASC namizədləri Tibbi xidmətlər üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifənin əsas məqsədi sığorta olunana tibbi sığorta proqramı ilə bağlı dəstək göstərmək, müraciətləri tibb müəssisələrinə yönləndirmək, hospitalizasiya və tibbi yardım proseslərini təşkil etmək, həmçinin sığorta hadisələrinin ilkin tənzimlənməsində iştirak etməkdir.

Job Responsibilities

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı; İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi; Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili; Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması; Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi; Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi. BİLİKLƏR Tibb üzrə ali təhsil; Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər; Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır. TƏCRÜBƏ Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır. BACARIQLAR Ünsiyyət qurmaq bacarığı; Qeyri standart vəziyyətə cəld reaksiya vermək. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply Now

This position requires application on the employer's website.