Texniki Lider
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri Texnoloji həllər departamentində Texniki Lider vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Cross-functional squad çərçivəsində məhsulun texniki istiqamətinə, end-to-end delivery və etibarlılığına cavabdeh olacaq Texniki Lider axtarırıq. Bu rolda siz Məhsul Sahibi və komanda ilə sıx əməkdaşlıq edərək biznes prioritetlərinin texniki həllərə çevrilməsində, system design və rüblük planlaşdırmada iştirak edəcək, məhsulun stabil və proqnozlaşdırıla bilən çatdırılmasını təmin edəcəksiniz.
Job Responsibilities
Öhdəliklər Squad çərçivəsində məhsulun end-to-end çatdırılma prosesinə cavabdehlik; Məhsul üzrə yeni həllərin, dəyişikliklərin və inteqrasiyaların system design prosesində iştirak etmək; Məhsul Sahibi ilə birlikdə rüblük planlaşdırmada iştirak etmək, biznes prioritetləri, texniki təşəbbüslər, asılılıqlar və məhsulun etibarlılığı arasında düzgün balansı təmin etmək; Sprint çərçivəsində tapşırıqların vaxtında icrasını təmin etmək, texniki riskləri, asılılıqları və maneələri idarə etmək; Məhsulun production mühitində etibarlılığına cavabdehlik, o cümlədən insidentlərə reaksiya, kök səbəb analizi və insidentlərin aradan qaldırılması; Development və delivery prosesinin bütün mərhələlərində PDLC/SDLC proseslərinə riayət olunmasını təmin etmək; Məhsul Sahibi və IT Biznes Analitik ilə birlikdə tələblərin texniki dekompozisiyasını həyata keçirmək; Cross-functional komandanın (Backend, Frontend/Mobile, QA, DevOps və IT Biznes Analitik) texniki işini koordinasiya etmək. Bilik və Bacarıqlar Java/Spring Boot və ya C#/.NET üzrə güclü texniki təcrübə; System Design, distributed və microservice arxitekturası üzrə güclü biliklər; Kafka və/və ya RabbitMQ ilə praktiki iş təcrübəsi; Relyasiyalı və NoSQL verilənlər bazaları ilə iş təcrübəsi; Docker, Kubernetes və CI/CD üzrə yaxşı anlayış; Etibarlılıq, monitorinq, müşahidə və insidentlərin idarə edilməsi prinsiplərini anlamaq; Alqoritmlər və məlumat strukturları üzrə güclü biliklər; Cross-functional Agile komandalar ilə iş təcrübəsi; Güclü problem həll etmə, kommunikasiya və əməkdaşlıq bacarıqları; Yüksək təşkilatçılıq, məsuliyyət və detallara diqqət; Dil bilikləri: Azərbaycan, İngilis Təhsil və Təcrübə Minimum 1 il Tech Lead təcrübəsi və ya squad/məhsul üzrə end-to-end çatdırılma məsuliyyəti daşımış Senior Engineer təcrübəsi. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişiklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Apply Now
This position requires application on the employer's website.