Strategiya Departamentinin Direktoru
Job Description & Requirements
“PAŞA Sığorta” ASC namizədləri Strategiya Departamentinin Direktoru vəzifəsinə müraciət etməyə və peşəkar komandaya qoşulmağa dəvət edir.
Job Responsibilities
Vəzifə haqqında ümumi məlumat: Strategiya Direktoru şirkətin Baş İcraçı Direktoru (CEO) üçün əsas strateji tərəfdaş və uzunmüddətli inkişaf gündəliyinin memarı kimi çıxış edəcəkdir. Bu rol sürətlə inkişaf edən qeyri-həyat sığortası biznesi üçün dərin bazar analitikası, korporativ inkişaf liderliyi və strategiyanın icrasını birləşdirir. Strategiya Direktoru müəyyən edilmiş strateji baxışın icrasına cavabdeh olacaq, onun biznes vahidləri üzrə tətbiqinə nəzarət edəcək, yüksək təsirli transformasiya təşəbbüslərini irəli aparacaq və şirkətin dəyişən risk, tənzimləyici və texnoloji mühitdə rəqabət qabiliyyətini qorumasını təmin edəcəkdir. Əsas vəzifə və öhdəliklər: Strateji Planlaşdırma və Korporativ Baxış Şirkətin uzunmüddətli strategiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və kommunikasiyasına rəhbərlik etmək; strategiyanın bazar trendləri, tənzimləyici mühit, müştəri ehtiyacları və maliyyə məqsədləri ilə uyğunluğunu təmin etmək. İllik strateji planlaşdırma dövrünü və çoxillik biznes planlaşdırma prosesini bütün biznes vahidləri üzrə idarə etmək. CEO, İdarə Heyəti və Direktorlar Şurası üçün əsas strateji məsləhətçi və strateji müzakirə tərəfdaşı - "sparring partner" kimi çıxış etmək; əsas biznes qərarları, resursların bölüşdürülməsi və prioritetlərin müəyyənləşdirilməsi üzrə dəstək vermək. Bazar Analitikası və Rəqabət Məlumatları Sığorta trendləri, risklərin inkişafı, müştəri davranışı, regional dinamikalar və qlobal qabaqcıl təcrübələri əhatə edən geniş bazar araşdırmalarına rəhbərlik etmək. Strategiyanın formalaşdırılması, məhsul yol xəritələri, qiymət imkanları və marja artırımı üçün ekspert panelləri və müqayisəli təhlil "benchmarking" həyata keçirmək. Yeni seqmentlər, paylama modelləri, tərəfdaşlıqlar, anderraytinq innovasiyaları, iddiaların avtomatlaşdırılması və əlavə gəlir mənbələri kimi inkişaf imkanlarını müəyyən etmək və ölçmək. Strateji Təşəbbüslər və İcra Liderliyi Strateji prioritetləri konkret təşəbbüslərə, əməliyyat modellərinə və icra yol xəritələrinə çevirmək. Strateji proqramların icrasını izləmək, funksiyalararası uyğunluğu təmin etmək və strukturlaşdırılmış idarəetmə vasitəsilə hesabatlılığı gücləndirmək. Şirkət üçün əhəmiyyətli təsirə malik yüksək prioritetli strateji layihələrə rəhbərlik etmək. Direktorlar Şurası üçün materialların, icraçı təqdimatların və kommunikasiya paketlərinin hazırlanmasına dəstək vermək. Süni İntellektə əsaslanan Analitika və İnnovasiya Generativ AI və qabaqcıl analitikadan istifadə etməklə bazar analitikası, rəqabət təhlili və strateji qərarverməni gücləndirmək. Anderraytinq, risk skorlaşdırılması, iddiaların idarə olunması, fırıldaqçılığın aşkarlanması və əməliyyat səmərəliliyi sahələrində AI tətbiq imkanlarını qiymətləndirmək. Maraqlı Tərəflərlə Əlaqə və İcraçı Kommunikasiya C-level rəhbərlər, biznes liderləri və əsas xarici tərəfdaşlarla etibarlı əməkdaşlıq münasibətləri qurmaq. İdarə Heyətinin strateji sessiyalarını, Direktorlar Şurası sessiyaları və funksiyalararası liderlik görüşlərini fasilitasiya etmək. Təşkilat daxilində vahid strateji kommunikasiya təmin etmək, strateji aydınlığı və ortaq məqsədləri gücləndirmək. Tələblər: Aparıcı konsaltinq şirkətlərində, maliyyə xidmətləri, sığorta, maliyyə texnologiyaları - "fintech" və ya iri texnologiya şirkətlərində strategiya sahəsində minimum 5 il təcrübə. Korporativ strategiyaların hazırlanması və icrası üzrə sübut olunmuş uğurlu təcrübə. Sığorta, bankçılıq, insurtech, risk idarəetməsi və ya data-yönümlü bizneslərdə təcrübəyə üstünlük verilir. Biznes, İqtisadiyyat, Maliyyə, Mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr və ya MBA dərəcəsi arzuolunandır. Bilik və Bacarıqlar: Funksiyalararası komandaların idarə olunması və genişmiqyaslı transformasiya təşəbbüslərinin həyata keçirilməsi üzrə güclü təcrübə. Yüksək səviyyəli strateji düşüncə, hipotez əsaslı problem həlli və mürəkkəb məlumatları qısa və aydın tövsiyələrə çevirmə bacarığı. Qabaqcıl analitik bacarıqlar: bazar ölçülməsi, maliyyə modelləşdirmə, ssenari analizi, rəqib analizi. Texnologiya və biznesin kəsişməsi, AI tətbiqləri, data strategiyası və rəqəmsal paylama üzrə güclü anlayış. İcraçı səviyyədə kommunikasiya və təqdimat bacarıqları; CEO və Direktorlar Şurası daxil olmaqla yüksək səviyyəli maraqlı tərəfləri təsirləndirmək və uyğunlaşdırmaq bacarığı. Qeyri-müəyyənlik şəraitində işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və müxtəlif maraqlı tərəflər arasında aydınlıq yaratmaq bacarığı. Güclü qərarvermə qabiliyyəti, yüksək etik dəyərlər və müstəqil işləmə bacarığı ilə yanaşı, əməkdaşlığa açıq yanaşma. Bizim təklifimiz: Böyük qeyri-həyat sığorta biznesinin gələcəyini formalaşdıran kritik liderlik rolu. Məhsul, texnologiya və data strategiyalarına geniş miqyasda təsir etmək imkanı. C-level qərarvermə və Direktorlar Şurası səviyyəsində strateji proseslərdə iştirak. İnnovasiyanı, intizamlı icranı və davamlı öyrənməni təşviq edən korporativ mədəniyyət.
Apply Now
This position requires application on the employer's website.