Strategiya, Büdcə və Analitika Şöbəsinin Baş Data Analitiki
Job Description & Requirements
Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, informasiya texnologiyaları və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsinin olması Data analitika sahəsində minimum 3–5 il, bunun ən azı 2 ili bank/maliyyə sektorunda olmaqla iş təcrübəsinin olması SQL üzrə yüksək səviyyədə biliklərin olması (Window Functions, CTE, mürəkkəb JOIN-lar, performans optimizasiyası) Power BI və ya Tableau ilə real layihə təcrübəsinin olması (Data Model, DAX/LOD, RLS) Python və ya R vasitəsilə data emalı və statistik analiz bacarıqlarının olması (minimum Pandas, NumPy səviyyəsində) Seqmentasiya, korrelyasiya, reqressiya və zaman sıraları üzrə proqnozlaşdırma kimi statistik metodlar üzrə bilik və təcrübənin olması
Job Responsibilities
Bu rol bankın əsas biznes göstəricilərinin data əsasında təhlil olunması və nəticələrin biznes qərarlarına çevrilməsinə fokuslanır. Vəzifə kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə analitik yanaşmanın formalaşdırılmasını əhatə edir. Rol çərçivəsində müxtəlif biznes sahələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların müəyyənləşdirilməsi, dashboard və hesabatların hazırlanması gözlənilir. Eyni zamanda, əldə olunan nəticələrin menecmentə aydın və biznes yönümlü şəkildə təqdim edilməsi rolun əsas məsuliyyətlərindəndir.
Apply Now
This position requires application on the employer's website.