Satış kanalları üzrə mütəxəssis/baş mütəxəssis
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri Satış kanalları üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol fərdi müştəri sığorta portfelinin genişləndirilməsinə cavabdehdir.Mütəxəssis müştərilərə yüksək keyfiyyətli xidmət və məlumat dəstəyi göstərməklə satış həcmini artırmaq üçün fəal şəkildə çalışacaq, ilkin sorğudan siyasətin verilməsinə və vaxtında yenilənməsinə qədər bütün satış dövrünü idarə edəcək və bununla da şirkətin pərakəndə satış seqmentində böyüməsinə birbaşa təsir göstərəcəkdir.
Job Responsibilities
Mövcud fərdi müştəri bazasını genişləndirmək və satış həcmini artırmaq məqsədilə sığorta məhsul və xidmətlərini təqdim etmək; Şirkətə müraciət edən müştərilərə məlumat dəstəyi göstərmək və keyfiyyətli xidmət təmin etmək; Sorğu vərəqələrinin doldurulmasına nəzarət etmək və tələb olunan məlumatları vaxtında Anderraytinq Şöbəsinə təqdim etmək; Sığorta obyektlərinə baxış keçirmək; Fərdi müştərilərə xidmət göstərmək və onların tələbatına uyğun sığorta şəhadətnamələrini tərtib etmək; Müddəti bitən sığorta şəhadətnamələri üzrə müştərilərlə əlaqə saxlamaq və onların yenilənməsini təmin etmək. Bilik və Bacarıqlar: Sığorta qanunvericiliyi üzrə biliklər; Güclü ünsiyyət qurma və fikirləri aydın ifadə etmə bacarığı; Dəqiqlik və detallara diqqət; Yaranan vəziyyətlərə çevik reaksiya vermə bacarığı; Komandada işləmək bacarığı; Məhsulları effektiv şəkildə satmaq və təqdim etmək bacarığı; Dil bilikləri: Azərbaycan. Təhsil və Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi. Biz Sizə Təklif Edirik: Dəyər yaradan işlər. Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda. Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları. Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti. Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Apply Now
This position requires application on the employer's website.