VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

IT Programming

QA Mühəndis

🏢Kapital Bank📍Address not specifiedFull-time📅28.08.2026💰Interview-based

Job Description & Requirements

Tələblər Kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Proqram təminatının test edilməsi üzrə ən azı 1 il iş təcrübəsi: unit, integration, functional, test automation və mobile testing; Postman, Cucumber Framework, Appium və Selenium əsaslı alətlərlə iş təcrübəsi; Oracle Database və ya MS SQL Server verilənlər bazalarından ən azı biri ilə iş təcrübəsi; Java və JavaScript üzrə biliklər; Avtomatlaşdırılmış test alətləri, testlərin qiymətləndirilməsi, planlaşdırılması və hesabatların hazırlanması üzrə praktiki təcrübə; Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı; Yüksək təşkilatçılıq və detallara diqqət; Analitik düşüncə və problem həll etmə bacarığı; Bir neçə QA tapşırığı arasında prioritetləri müəyyənləşdirərək müstəqil işləmək bacarığı; Çevik, adaptiv və sürətli öyrənmə bacarığı. Üstünlükdür FinTech sahəsində iş təcrübəsi; Agile metodologiyası ilə iş təcrübəsi; Kiçik mütəxəssis olan əməkdaşlarla bilik və təcrübəni bölüşmək istəyi; XRAY test aləti ilə iş təcrübəsi.

Job Responsibilities

Keyfiyyətə önəm verən, texnologiya ilə işləməyi və test proseslərini daha səmərəli qurmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza QA mühəndis kimi dəvət edirik. Bu rolda test infrastrukturunun qurulması və inkişaf etdirilməsində iştirak edəcək, müasir test və avtomatlaşdırma alətlərindən istifadə edərək məhsulların keyfiyyətini təmin edəcəksiniz. Proqram təminatının hazırlanmasının bütün mərhələlərində test proseslərini həyata keçirəcək, potensial problemləri vaxtında aşkarlayacaq və onların həllinə töhfə verəcəksiniz. Əsas məqsədimiz test proseslərinin mümkün qədər avtomatlaşdırılması, səmərəliliyin artırılması və yüksək keyfiyyət standartlarının təmin edilməsidir. Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Apply Now

This position requires application on the employer's website.