Pərakəndə və Satış kanalları departamentinin rəhbəri
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri Pərakəndə və Satış kanalları departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Pərakəndə və Satış kanalları departamentinin rəhbəri olaraq, şirkətin satış siyasətinin ümumi biznes məqsədlərinə uyğunluğunu təmin edəcək, satış fəaliyyətini korporativ şəkildə idarə edəcək və sığorta bazarında şirkətin maraqlarının qorunmasına rəhbərlik edəcəksiniz. Bu vəzifə, satış strategiyasının hazırlanması, departamentin struktur bölmələrinin koordinasiyası və effektiv hesabat sistemlərinin tətbiqi vasitəsilə şirkətin davamlı inkişafına və bazar mövqeyinin gücləndirilməsinə töhfə verir.
Job Responsibilities
Öhdəliklər: Şirkətin satış siyasətinin ümumi fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək. Satış fəaliyyətini korporativ şəkildə idarə etmək və istehsalat məqsədləri üçün düzgün fəaliyyətin təmin olunmasına nəzarət etmək. Büdcədə ümumi satış planının icrasına nəzarət etmək. Satış departamentinin strateji idarə olunması və tabeçiliyində olan strukturların işinin təşkili. Korporativ idarəetmə prinsipi ilə satış departamentinin əməkdaşlarını idarə etmək və düzgün iş bölgüsünü təmin etmək. Satış konsepsiyası və strategiyasının hazırlanması və təsdiq edilməsi, illik satış planlarının müəyyənləşdirilməsi. Departamentin aylıq hesabatlarında struktur bölmələrinin güclü və zəif cəhətlərinin müəyyənləşdirilməsi üçün səmərəli hesabat sistemlərinin hazırlanması və tətbiqi. Satışın faktiki və plan göstəriciləri arasında fərqin müəyyənləşdirilməsi üçün müntəzəm monitorinqlərin aparılması. Bilik və Bacarıqlar: Liderlik və koordinasiya bacarıqları, Dəqiqlik və diqqətlilik, Fikirləri aydın izah etmək bacarığı, Dərin düşüncə və biznesi inkişaf etdirmək qabiliyyəti, Yüksək ünsiyyət bacarıqları, İnnovativ yanaşma və yaradıcı düşüncə, Çevik reaksiya vermək və problemli vəziyyətləri həll etmək bacarığı, Sığorta qanunvericiliyi üzrə biliklər. Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə: Ali təhsil (bakalavr) – texniki, iqtisadi və ya biznes sahələrində, Sığorta və ya müvafiq sahədə minimum 5 il iş təcrübəsi, Cert CII sertifikatları arzuolunandır. Bizim Təklifimiz: Peşəkar və dinamik komandada çalışma imkanı, Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları, Şirkətin inkişafında və uğurlarında birbaşa iştirak etmək imkanı, Şəffaf və açıq korporativ mədəniyyət, "Great Place To Work" sertifikatlı şirkərdə çalışma imkanı.
Apply Now
This position requires application on the employer's website.