VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Pərakəndə və Satış kanalları departamentinin rəhbəri

🏢Paşa Sığorta📍Address not specifiedFull-time📅22.05.2026💰Interview-based

Job Description & Requirements

“PAŞA Sığorta” ASC namizədləri Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz müştərilərimiz üçün daha əlçatan, innovativ və fərdiləşdirilmiş sığorta həlləri yaratmaq, satış yanaşmalarını müasir texnologiyalar və data əsaslı qərarvermə ilə yenidən formalaşdırmaqdır. Əgər sən də satış strategiyalarının qurulmasına rəhbərlik etmək, genişmiqyaslı satış komandalarını idarə etmək, yeni satış kanalları yaratmaq və şirkətin bazar payının artırılmasına töhfə vermək istəyirsənsə, Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq. Bu rolda sən şirkətin strateji məqsədlərinə uyğun satış strategiyasını formalaşdıracaq, müştəri bazasının davamlı inkişafını təmin edəcək, satış kanallarının effektivliyini artıracaq və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edəcəksən. Eyni zamanda, sən bazar imkanlarının müəyyənləşdirilməsi, yeni satış modellərinin tətbiqi və satış ekosisteminin transformasiyası vasitəsilə şirkətin dayanıqlı böyüməsinə və rəqabət üstünlüyünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəksən.

Job Responsibilities

Biz nə təklif edirik? Azərbaycanın aparıcı sığorta şirkətlərindən birində strateji liderlik imkanı; Şirkətin böyümə və transformasiya gündəminin formalaşdırılmasında birbaşa iştirak; Böyükmiqyaslı satış ekosisteminə rəhbərlik etmək imkanı; Güclü korporativ idarəetmə və yüksək performans mədəniyyəti; Davamlı peşəkar inkişaf və liderlik imkanları; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil və təcrübə Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya digər uyğun sahələr üzrə ali təhsil; Satış, kommersiya və ya biznes inkişafı istiqamətində minimum 8 il peşəkar təcrübə; Böyük komanda və çoxşaxəli satış strukturlarının idarə olunması üzrə minimum 5 il rəhbərlik təcrübəsi; Sığorta, bankçılıq, maliyyə xidmətləri və ya geniş satış şəbəkəsinə malik sektorlarda təcrübə üstünlük hesab olunur; Cert CII və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlükdür.

Apply Now

This position requires application on the employer's website.