VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

İnvestisiya üzrə mütəxəssis/baş mütəxəssis

🏢Paşa Sığorta📍Address not specifiedFull-time📅26.05.2026💰Interview-based

Job Description & Requirements

PAŞA Sığorta ASC namizədləri İnvestisiya üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rolda olan mütəxəssis, birinci müdafiə xətti olaraq, şirkətin investisiya portfelinin maliyyə risklərinin monitorinqi və idarə edilməsində mühüm rol oynayacaq. Əsas məqsəd, bazar tendensiyalarını, makroiqtisadi göstəriciləri və maliyyə bazarlarını dərindən təhlil edərək yerli və beynəlxalq iqtisadi proseslərin şirkətin fəaliyyətinə potensial təsirlərini qiymətləndirməkdir. Bu vəzifə, risk göstəricilərinin izlənilməsi, stress-testlərin aparılması və investisiya qərarlarının qəbuluna dəstək məqsədilə analitik hesabatların hazırlanması vasitəsilə şirkətin maliyyə dayanıqlığının gücləndirilməsinə birbaşa töhfə verəcəkdir.

Job Responsibilities

Öhdəliklər Bazar tendensiyalarının, makroiqtisadi göstəricilərin və maliyyə bazarlarının təhlil edilməsi; Yerli və beynəlxalq iqtisadi proseslərin şirkətin fəaliyyətinə potensial təsirlərinin qiymətləndirilməsi; İnvestisiya portfeli üzrə maliyyə risklərinin təhlili və monitorinqinin aparılması; Risk göstəricilərinin izlənməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi; Stress-test və ssenari analizlərinin aparılmasında iştirak; İnvestisiya qərarlarının qəbuluna dəstək məqsədilə analitik hesabat, proqnoz və təqdimatların hazırlanması. İnvestisiya fəaliyyəti üzrə risk və gəlirlilik göstəricilərinin qiymətləndirilməsi Daxili siyasət və prosedurlara uyğun risk idarəetmə mexanizmlərinin tətbiqinə dəstək; Müvafiq struktur bölmələri və tərəfdaşlar ilə koordinasiyalı şəkildə məlumat mübadiləsinin aparılması; Risk və bazar araşdırmaları üzrə daxili proses, metodologiya və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak; İnvestisiya strategiyalarının formalaşdırılmasına dəstək məqsədilə bazar tendensiyalarının və iqtisadi dəyişikliklərin təhlili. Bilik və Bacarıqlar İnvestisiyanın əsasları, makroiqtisadiyyat, maliyyə hesabatları və risk göstəriciləri üzrə dərin biliklər; Məntiqi və analitik düşünmə tərzi, məlumatlarla işləmə bacarığı; Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq bacarıqları; Təşəbbüskarlıq və komandada effektiv işləmək bacarığı; FRM sertifikatı arzuolunandır; Dil bilikləri: Azərbaycan dili — səlis, İngilis dili — yaxşı səviyyədə, Rus dili bilikləri arzuolunandır. Təhsil və Təcrübə Maliyyə, Biznesin idarəedilməsi və ya İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi); Müvafiq sahədə 2-3 il iş təcrübəsi. Bizim Təklifimiz Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Davamlı öyrənmə və təlim mədəniyyəti; Rəqabətədavamlı korporativ idarəetmə və şəffaf fəaliyyət mühiti; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply Now

This position requires application on the employer's website.