İnformasiya Təhlükəsizliyi üzrə GRC (Governance, Risk, and Compliance) Şöbəsinin Aparıcı Mütəxəssisi
Job Description & Requirements
İnformasiya Təhlükəsizliyi, Kibertəhlükəsizlik, Kompüter Elmləri və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi üzrə təhsil; Fundamental İT bilikləri mütləqdir; İnformasiya təhlükəsizliyi prinsipləri və beynəlxalq təcrübələr haqqında anlayış; ISO 27001, NIST və PCI-DSS kimi təhlükəsizlik çərçivələri və standartları ilə tanışlıq arzuolunandır. İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 il iş təcrübəsi; Funksional İT struktur bölmələrində audit təcrübəsi; İnformasiya təhlükəsizliyi üzrə uyğunluq yoxlanışlarında texniki istiqamətdə təcrübə; Uyğunluq proseslərinin avtomatlaşdırılması üçün skript yazma bacarığı; Threat Modelling prosesinin hazırlanması üzrə bilik və ya təcrübə; İnsidentlərin idarə edilməsi üzrə ilkin biliklər və ya təcrübə arzuolunandır. İT infrastrukturunun təhlükəsizliyini təmin edən sistemlərdə (DLP, PAM, MDM, MAM, Mail Security, System/Network Security və s.) tətbiq edilməsi ilə bağlı təcrübə və ya biliklər arzuolunandır. Tətbiq səviyyəli təhlükəsizlik divarının (Cloud WAF üstünlükdür) tətbiqi, sazlanılması üzrə təcrübə və ya biliklər arzuolunandır. Azərbaycan dilində yüksək səviyyədə ünsiyyət bacarığı; İngilis və ya rus dilində yüksək səviyyədə ünsiyyət bacarığı; İnsan resursunun informasiya təhlükəsizliyi istiqamətində maarifləndirici simulyasiyalar və ya təlimlər üzrə ilkin bilik və ya təcrübə; Güclü analitik düşünmə və problem həll etmə bacarıqları; Müstəqil və komandanın bir hissəsi kimi işləmə bacarığı.
Job Responsibilities
Birbankda informasiya təhlükəsizliyi və uyğunluq tələblərinə cavab verən GRC sistemlərinin qurulması və inkişafı sahəsində texniki bilik və təcrübəyə malik, müxtəlif sistemlər arasında inteqrasiyalar quracaq, GRC platformalarını konfiqurasiya edəcək və təhlükəsizlik proseslərinin avtomatlaşdırılmasını təmin edəcək GRC müxtəxəssisi axtarırıq.
Apply Now
This position requires application on the employer's website.