Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri Müştəri Əlaqələri Departamentinin Müştəri müraciətlərinin təhlili və həlli şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol, Tibbi sığorta sahəsində müştəri müraciətlərinin, xüsusilə şikayət və narazılıqların qəbulu, araşdırılması və həll edilməsi prosesinə rəhbərlik edir. Aparıcı mütəxəssis olaraq, siz müvafiq daxili strukturlarla koordinasiya quracaq, dövlət qurumlarından daxil olan sorğuları cavablandıracaq və müştəri məmnuniyyətini artırmaq üçün proseslərin təkmilləşdirilməsi üzrə təkliflər verəcəksiniz. Fəaliyyətiniz şirkətin xidmət keyfiyyətinin yüksəldilməsinə və müştəri loyallığının gücləndirilməsinə birbaşa təsir göstərəcək.
Job Responsibilities
Bilik və Bacarıqlar Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı; Yüksək ünsiyyətqurma, səlis nitq və fikri aydın izah etmə qabiliyyəti; Analitik düşüncə və problemli situasiyaları həll etmə bacarığı; Komandada işləmək və araşdırma aparmaq bacarığı; Müştərilərlə işləmə bacarığı və peşəkar davranış; Davamlı öyrənmə və fərdi inkişafa meyillilik; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Ali təhsil (tibbi ixtisas və ya səhiyyə menecmenti üzrə olması arzuolunandır); Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi; Müvafiq sertifikatların olması üstünlükdür. Bizim Təklifimiz Peşəkar inkişaf və karyera yüksəlişi üçün əlverişli mühit; Davamlı öyrənmə və yeni biliklərin mənimsənilməsi imkanı; Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti; Şirkətin uğuruna birbaşa təsir göstərmək şansı; 'Great Place To Work' sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Apply Now
This position requires application on the employer's website.