VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Aktuar üzrə)

🏢Paşa Sığorta📍Address not specified⏳Full-time📅25.09.2026💰Interview-based

Job Description & Requirements

•

PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Aktuar üzrə) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunması üçün məsuliyyət daşıyır.

Job Responsibilities

Öhdəliklər Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqini aparmaq, dəyişikliklərin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabatlar təqdim etmək; Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun metodoloji sənədləri hazırlamaq, təkmilləşdirmək və yeniləmək; Maliyyə və sığorta risklərini sistemli şəkildə müəyyənləşdirmək və qiymətləndirmək; Stress-test modellərini hazırlamaq və tətbiq etmək, nəticələrini təhlil edərək risklərin azaldılması üzrə təkliflər vermək; Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi üçün əsaslandırılmış təkliflər hazırlamaq; Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər vermək; Riyazi, statistik və analitik modellərdən istifadə edərək maliyyə risklərini ölçmək və qiymətləndirmək üçün məlumatları təhlil etmək; Maliyyə riskləri ilə bağlı digər departamentlərə metodoloji dəstək göstərmək; Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq; Birbaşa rəhbərin digər tapşırıqları icra etmək. Bilik və Bacarıqlar Maliyyə risklərinin idarə edilməsi sahəsində dərin biliklər; Maliyyə hesabatlarının təhlili və riyazi-statistik metodlar üzrə biliklər; Modelləşdirmə və iri həcmli məlumat bazaları ilə işləmə bacarığı; MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək; FRM, PRM, CFA kimi beynəlxalq sertifikatların olması arzuolunandır; Məntiqi və analitik düşünmə qabiliyyəti; Güclü ünsiyyət, təqdimat və komandada işləmə bacarıqları; Məsuliyyətlilik, təşəbbüskarlıq və stressə davamlılıq; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisasları üzrə ali təhsil (bakalavr dərəcəsi); Müvafiq sahədə 2 il iş təcrübəsi arzuolunandır. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Mütəxəssis beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun olaraq metodologiyaların hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik edəcək, stress-test modellərini tətbiq edəcək və risk limitlərini hesablayacaq. Həmçinin, maliyyə təşkilatlarının reytinqlərinin monitorinqi, risk iştahasının strateji hədəflərlə uyğunluğunun təmin edilməsi və rəhbərliyə analitik hesabatların təqdim olunması əsas fəaliyyət istiqamətlərinə daxildir.

Apply Now

This position requires application on the employer's website.