Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Requlyativ hesabatlıq şöbəsinin aparıcı/baş mütəxəssisi
Job Description & Requirements
Bank sektorunda müvafiq iş təcrübəsinə sahib olmaq; Analitik düşüncə və hesabatların hazırlanması üzrə güclü bacarıqlara sahib olmaq; SQL biliklərinə və məlumat bazaları ilə işləmək təcrübəsinə sahib olmaq; İri həcmli məlumatların təhlili və interpretasiyası bacarığına malik olmaq; ACCA və ya digər beynəlxalq mühasibatlıq sertifikatlarına sahib olmaq (üstünlükdür); Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları və requlyativ hesabatlıq üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək; Dəqiqlik, məsuliyyətlilik, sistemli yanaşma və komanda ilə işləmək bacarığına malik olmaq.
Job Responsibilities
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Requlyativ Hesabatlıq şöbəsi komandamıza Aparıcı / Baş mütəxəssis axtarılır. Bu vəzifə bankın requlyativ hesabatlarının hazırlanması, eləcə də müvafiq dövlət qurumlarına dəqiq və vaxtında təqdim edilməsini əhatə edir. Bu rolda Siz gündəlik və dövri hesabatların hazırlanması ilə yanaşı, yeni requlyativ tələblərə uyğun proseslərin qurulması və mövcud proseslərin təkmilləşdirilməsində də iştirak edəcəksiniz. Sizin fəaliyyətiniz bankın maliyyə sabitliyinin qorunmasına və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcəkdir.
Apply Now
This position requires application on the employer's website.