Mağaza müdiri
Job Description & Requirements
Ali təhsil (bakalavriat) — biznes, idarəetmə və ya əlaqəli sahə üstünlükdür
Mağaza idarəçiliyi, satış və ya pərakəndə sektorunda minimum 3 il iş təcrübəsi
Sahə üzrə iş təcrübəsi: 3 - 5 il
Liderlik və komanda idarəçiliyi bacarıqları
Satış prosesləri, merçendayzinq və kassa-anbar əməliyyatları barədə biliklər
Şikayət və problem həll etmə bacarıqları
Rəqəmlərlə işləmək, satış göstəricilərini analiz etmək bacarığı
Güclü kommunikasiya bacarıqları, müştəriyönümlü yanaşma
Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq qabiliyyəti
MS Office proqramlarında sərbəst istifadə bacarığı (Ms Office - Yüksək)
Stressə davamlılıq və dinamik mühitdə işləmək bacarığı
Dil biliyi: Tələb olunmur
Job Responsibilities
Mağaza müdiri Satış Bakı Vəzifə funksiyaları • Mağazada Baku Electronics-in standartlarının, biznes proseslərinin və daxili qaydaların icrasını təmin etmək • Mağazanın gündəlik fəaliyyətini təşkil etmək: açılış/bağlanış, səliqə-sabitlik, vitrin və iş yerlərinin hazır vəziyyətdə olmasına nəzarət • Komandanın idarə olunması: heyətin motivasiyası, istiqamətləndirilməsi, gündəlik brifinqlərin keçirilməsi, hədəflərin bölüşdürülməsi • Satış planlarının və kampaniyaların icrasını təmin etmək, nəticələri analiz etmək • Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək • Əməliyyat, kassa, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işini təmin etmək və yaranan problemlərin əlaqədar şöbələrlə operativ həllini təşkil etmək • Satış performansını, müştəri axını və digər əsas göstəriciləri təhlil etmək, gündəlik/ həftəlik/ aylıq hesabatlar hazırlamaq • Zədəli və servisə göndərilən malların aktlaşdırılması və vaxtında göndərilməsinə nəzarət etmək • Heyətin təlim ehtiyaclarını müəyyən etmək, təlim sifarişləri vermək, yeni işçilərin adaptasiya prosesini izləmək • Sayım proseslərini təşkil etmək və maddi məsuliyyət çərçivəsində stok dövriyyəsinə nəzarət etmək • Bölgə müdirinə mağazanın fəaliyyəti ilə bağlı gündəlik və periodik hesabatlar təqdim etmək
Apply Now
This position requires application on the employer's website.