VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Mağaza müdiri

🏢Baku Electronics📍Address not specifiedFull-time📅21.05.2026💰Interview-based

Job Description & Requirements

Təhsil səviyyəsi: Ali təhsil (bakalavriat) - biznes, idarəetmə və ya əlaqəli sahə üstünlükdür; Mağaza idarəçiliyi, satış və ya pərakəndə sektorunda minimum 3 il iş təcrübəsi (sahə üzrə iş təcrübəsi: 3–5 il); Liderlik və komanda idarəçiliyi bacarıqları; Satış prosesləri, merçendayzinq və kassa-anbar əməliyyatları barədə biliklər; Şikayət və problem həll etmə bacarıqları; Rəqəmlərlə işləmək, satış göstəricilərini analiz etmək bacarığı; Güclü kommunikasiya bacarıqları, müştəriyönümlü yanaşma; Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq qabiliyyəti; MS Office proqramlarında yüksək səviyyədə istifadə bacarığı; Stressə davamlılıq və dinamik mühitdə işləmək bacarığı; Dil biliyi: tələb olunmur.

Job Responsibilities

Mağaza müdiri Satış — Bakı Vəzifə funksiyaları: • Mağazada Baku Electronics-in standartlarının, biznes proseslərinin və daxili qaydaların icrasını təmin etmək • Mağazanın gündəlik fəaliyyətini təşkil etmək: açılış/bağlanış, səliqə-sabitlik, vitrin və iş yerlərinin hazır vəziyyətdə olmasına nəzarət • Komandanın idarə olunması: heyətin motivasiyası, istiqamətləndirilməsi, gündəlik brifinqlərin keçirilməsi, hədəflərin bölüşdürülməsi • Satış planlarının və kampaniyaların icrasını təmin etmək, nəticələri analiz etmək • Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək • Əməliyyat, kassa, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işini təmin etmək və yaranan problemlərin əlaqədar şöbələrlə operativ həllini təşkil etmək • Satış performansını, müştəri axını və digər əsas göstəriciləri təhlil etmək, gündəlik/ həftəlik/ aylıq hesabatlar hazırlamaq • Zədəli və servisə göndərilən malların aktlaşdırılması və vaxtında göndərilməsinə nəzarət etmək • Heyətin təlim ehtiyaclarını müəyyən etmək, təlim sifarişləri vermək, yeni işçilərin adaptasiya prosesini izləmək • Sayım proseslərini təşkil etmək və maddi məsuliyyət çərçivəsində stok dövriyyəsinə nəzarət etmək • Bölgə müdirinə mağazanın fəaliyyəti ilə bağlı gündəlik və periodik hesabatlar təqdim etmək Tələblər / Digər şərtlər: • Ali təhsil (biznes, idarəetmə və ya əlaqəli sahə üstünlükdür) • Mağaza idarəçiliyi, satış və ya pərakəndə sektorunda minimum 3 il iş təcrübəsi • Liderlik və komanda idarəçiliyi bacarıqları • Satış prosesləri, merçendayzinq və kassa-anbar əməliyyatları barədə biliklər • Şikayət və problem həll etmə bacarıqları • Rəqəmlərlə işləmək, satış göstəricilərini analiz etmək bacarığı • Güclü kommunikasiya bacarıqları, müştəriyönümlü yanaşma • Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq qabiliyyəti • MS Office proqramlarında sərbəst istifadə bacarığı • Stressə davamlılıq və dinamik mühitdə işləmək bacarığı Dil biliyi: Tələb olunmur Kompüter biliyi: Ms Office - Yüksək Vakansiya tarixi: 27 Noyabr 2025 Bitmə tarixi: 27 İyul 2026 Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat Sahə üzrə iş təcrübəsi: 3 - 5 il Ünvan: Bakı, Bakı ş., Təbriz küç. 98, (metro N. Nərimanov)

Apply Now

This position requires application on the employer's website.