VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Korporativ hüquq üzrə təcrübəçi

🏢Paşa Sığorta📍Address not specifiedFull-time📅05.06.2026💰Interview-based

Job Description & Requirements

PAŞA Sığorta ASC namizədləri Korporativ hüquq üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə Hüquq Departamentinin gündəlik fəaliyyətinə dəstək göstərmək, hüquqi sənədlərin ekspertizasında və hazırlanmasında iştirak etmək, digər strukturların hüquqi maarifləndirilməsi prosesinə töhfə vermək və rəhbərinin tapşırıqlarının icrasında fəal rol almaq imkanı yaradır.

Job Responsibilities

Öhdəliklər Daxil olmuş sorğu və müraciətlər üzrə təcrübə rəhbərinin fəaliyyətinə dəstək göstərmək; Hüquqi sənədlərin ekspertizası işində iştirak etmək; Təşkilati-sərəncamverici və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək; Digər strukturların əməkdaşlarının hüquqi maarifləndirilməsi işinə dəstək olmaq; Şöbənin fəaliyyəti üzrə aidiyyəti digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək. Bilik və Bacarıqlar Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək; Yaxşı səviyyədə hüquqi yazı bacarıqları; MS Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək; Mülki qanunvericilik üzrə biliklər; Sığorta qanunvericiliyi üzrə başlanğıc biliklər; Əmək qanunvericiliyi üzrə orta səviyyədə biliklər; Prosessual qanunvericilik üzrə başlanğıc biliklər; İdarəçilik və koordinasiya bacarıqları; Dəyişikliklərə uyğunlaşma və təşəbbüskarlıq; Komandada işləmək və yüksək ünsiyyət bacarıqları; Dil bilikləri: Azərbaycan dili — səlis, İngilis dili — yaxşı səviyyədə, Rus dili bilikləri arzuolunandır. Təhsil və Təcrübə Hüquq fakültəsinin sonuncu kursunda təhsil alan və ya yeni məzun olmuş şəxslərə üstünlük verilir. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı; Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar; Öyrənmə və təcrübə mübadiləsi mühiti; Şəffaf və açıq kommunikasiya mədəniyyəti; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply Now

This position requires application on the employer's website.