VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Komplayens nəzarət üzrə təcrübəçi

🏢Paşa Sığorta📍Address not specifiedFull-time📅09.06.2026💰Interview-based

Job Description & Requirements

PAŞA Sığorta ASC namizədləri Komplayens nəzarət üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu mövqe şirkətin daxili nəzarət sisteminin ikinci müdafiə xəttində iştirak edərək, proseslərin və fəaliyyətlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsinə, komplayens risklərinin idarə olunmasına və komplayens mədəniyyətinin inkişafına töhfə verir. Namizəd komplayens risklərinin qiymətləndirilməsi, monitorinqi və şirkət daxilində uyğunluq tədbirlərinin həyata keçirilməsi proseslərində fəal iştirak edəcəkdir.

Job Responsibilities

Öhdəliklər Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək və komplayens indiqatorları üzrə şirkətin mövqeyinin qiymətləndirilməsində iştirak etmək. Komplayens risklərinin matrisinin formalaşdırılması və risk qiymətləndirilməsində iştirak etmək, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını həyata keçirmək. İllik monitorinq planı əsasında şirkətin bütün prosesləri üzrə komplayens monitorinqlərinin həyata keçirilməsində və nəticələrin rəhbərliyə təqdim edilməsində iştirak etmək. Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planının icrasını izləmək. Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək. Hədəfli maliyyə sanksiyaları haqqında Qanunun tələblərinin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək. Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək. Beynəlxalq sığorta bazarında komplayens funksiyasının təkmilləşdirilməsi üzrə "best practice"-lərin araşdırılması və tətbiqində iştirak etmək. Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək. Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək və riskləri öncədən qiymətləndirmək. "Anti-Korrupsiya" və "Maraqların toqquşması" siyasətlərinə uyğun tədbirlərin görülməsini təmin etmək. Şöbə və Departament rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək. Bilik və Bacarıqlar Mülki və sığorta qanunvericiliyi üzrə biliklər. Sığortaçılarda korporativ idarəetmə standartları haqqında anlayış. "Hədəfli maliyyə sanksiyaları haqqında" Qanun üzrə ümumi biliklər. Mərkəzi Bankın sığortaçılara münasibətdə müəyyən etdiyi norma və tələblər barədə məlumat. Əlaqəli hüquqi aktlar və normativ sənədlər üzrə biliklər. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını və şirkət daxilində qüvvədə olan normativ aktları bilmə. Mülki, mülki-prosessual, əmək, vergi və maliyyə hüququ sahələrində biliklər. Risklərin idarə edilməsi və daxili nəzarət üzrə biliklər. Dürüstlük, adekvatlıq və dəqiqlik. Çətin şəraitdə işləmək bacarığı. Komandada işləmək və ünsiyyət qurma bacarığı. Nəticə yönümlülük və fikrini izah etmə bacarığı. Korporativ etika prinsiplərinə riayət etmək. Dil bilikləri: Azərbaycan, İngilis. Təhsil və Təcrübə Ali təhsil – Bakalavr dərəcəsi (Hüquqşünaslıq ixtisası üzrə). 0-1 il müvafiq sahədə təcrübə. Bizim Təklifimiz Peşəkar və dinamik komandada əməkdaşlıq və inkişaf imkanı. Fərdi və peşəkar inkişaf üçün dəstək və təlim imkanları. Şirkətin fəaliyyətində real təsir və dəyər yaratmaq imkanı. Açıq və şəffaf korporativ mühit. "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply Now

This position requires application on the employer's website.