VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Risk, Control and Compliance

Komplayens departamentinin Komplayens sahəsi üzrə fəaliyyətin idarə edilməsi şöbəsinin təcrübəçisi

🏢Kapital Bank📍Address not specifiedFull-time📅31.08.2026💰Interview-based

Job Description & Requirements

Hüquq, iqtisadiyyat, maliyyə, audit, biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə sonuncu kurs bakalavr tələbələri, magistr tələbələri və yeni məzunlar; Komplayens, bank işi, risklərin idarə edilməsi, audit və daxili nəzarət sahəsində karyera qurmaq istəyən şəxslər; Azərbaycan dilində sərbəst, ingilis və rus dilində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı olan namizədlər; MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint ilə işləmək bacarığı olan şəxslər; Analitik düşünmə, məlumatları müqayisə və təhlil etmə bacarığı olan namizədlər; Detallara diqqətli, məsuliyyətli, öyrənməyə açıq və komanda ilə işləməyi bacaran şəxslər; İş təcrübəsi tələb olunmur. Bank, audit, hüquq, risk və ya komplayens sahəsində əvvəlki təcrübə üstünlük hesab edilir; Komplayens, AML/CFT, risklərin idarə edilməsi və ya daxili audit üzrə ilkin bilik və sertifikatlar üstünlükdür.

Job Responsibilities

Komplayens sahəsində karyera qurmaq istəyən, analitik düşüncəyə malik, araşdırma aparmağı sevən, riskləri müəyyən edə bilən, məsuliyyətli və öyrənməyə həvəsli gənc istedadlar axtarırıq. Komplayens komandası olaraq Bankda həyata keçirilən əməliyyat və proseslərin qanunvericiliyə, tənzimləyici tələblərə və daxili qaydalara uyğunluğunun təmin edilməsinə, həmçinin mümkün komplayens risklərinin vaxtında müəyyənləşdirilməsinə və idarə olunmasına dəstək göstəririk. Bu təcrübə proqramı komplayens funksiyasının iş prinsiplərini yaxından öyrənmək, real biznes prosesləri ilə tanış olmaq və peşəkar bacarıqları inkişaf etdirmək üçün yaxşı imkan yaradır.

Apply Now

This position requires application on the employer's website.