VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

DevOps Mühəndisi

🏢Baku Electronics📍Address not specifiedFull-time📅15.08.2026💰Interview-based

Job Description & Requirements

Sahə üzrə (sistem inzibatçılığı və ya DevOps) minimum 2 il real iş təcrübəsi

Linux əməliyyat sistemlərinə (CentOS, Debian, Ubuntu və digər distributivlər) inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər

Windows Server mühitinin idarə olunması təcrübəsi — Active Directory, IIS, PowerShell və sistem inzibatçılığı

Proxy və web server-lərlə iş təcrübəsi — Nginx, Apache və s.

Load balancing həllərinin qurulması və idarə olunması üzrə təcrübə

IaC alətləri ilə təcrübə — Terraform

Bash Script ilə praktiki biliklər

Version Control alətləri ilə təcrübə — Git

GitLab və GitHub ilə iş təcrübəsi

CD prosesləri ilə bağlı təcrübə

Docker konteynerləri ilə bağlı bilik və təcrübə (Docker, Dockerfile, Docker Compose, Docker networking, image, image layer və s.)

Continuous Monitoring üçün biliklər

Logging texnologiyaları ilə bağlı biliklər

Cloudflare ilə iş təcrübəsi

SSL/TLS sertifikatları ilə bağlı biliklər — sertifikatların qurulması, yenilənməsi və idarə olunması (Let's Encrypt, Certbot və s.)

SSH protokolu üzrə biliklər — açar əsaslı autentifikasiya, təhlükəsizlik konfiqurasiyaları və uzaqdan server idarəetməsi

Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat

Sahə üzrə iş təcrübəsi: 2 - 3 il

Dil biliyi: Tələb olunmur

Kompüter biliyi: Tələb olunmur

Job Responsibilities

• Proqram təminatının test və deployment proseslərinin tam avtomatlaşdırılması • Serverlərin, verilənlər bazalarının və şəbəkə konfiqurasiyalarının "Infrastructure as Code" (IaC) prinsipi ilə idarə olunması • Web server və proxy infrastrukturunun (Nginx, Apache) qurulması, konfiqurasiyası və optimallaşdırılması • Load balancing həllərinin layihələndirilməsi və qurulması, trafikin səmərəli paylanması, failover mexanizmləri və yüksək əlçatanlığın (High Availability) təmin edilməsi • Konteynerləşdirilmiş sistemlərin idarə olunması, orkestrasiyası • Sistemlərin fasiləsiz və sabit işləməsinin təmin edilməsi, resursların optimallaşdırılması • Təhlükəsizlik boşluqlarının aşkarlanması və aradan qaldırılması • Sistemlərdə baş verə biləcək problemlərin qabaqlayıcı monitorinqi və alert sistemlərinin qurulması • İnsidentlərə operativ reaksiya vermək və kök səbəb analizi (root cause analysis) aparmaq • İnfrastruktur, deployment və CI/CD proseslərini həyata keçirmək və idarə etmək

Apply Now

This position requires application on the employer's website.