DevOps Mühəndisi
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri DevOps Mühəndisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə, Kubernetes klasterlərinin dizaynı, tətbiqi və dəstəklənməsi, GitOps yanaşması ilə infrastrukturun və tətbiqlərin idarə edilməsi, həmçinin mərkəzləşdirilmiş monitorinq, loqlama və izləmə sistemlərinin qurulması üçün məsuliyyət daşıyır. DevOps Mühəndisi təhlükəsiz, miqyaslana bilən və yüksək əlçatanlıqlı infrastrukturun təmin edilməsində, CI/CD proseslərinin avtomatlaşdırılmasında və sistemlərin stabilliyinin qorunmasında mühüm rol oynayır.
Job Responsibilities
Öhdəliklər: Kubernetes klasterlərinin layihələndirilməsi, tətbiqi və dəstəklənməsi; GitOps yanaşması ilə infrastruktur və tətbiqlərin idarə edilməsi; Mərkəzləşdirilmiş monitorinq, loqlama və izləmə (tracing) sistemlərinin tətbiqi və dəstəklənməsi; Docker imiclərinin idarə edilməsi, Nexus və Harbor-da saxlanılması və paylaşılması; Vault vasitəsilə məxfi məlumatların təhlükəsiz saxlanılmasının və Kubernetes ilə sinxronizasiyasının təmin edilməsi; LDAP vasitəsilə autentifikasiya və avtorizasiyanın qurulması; Şəbəkə təhlükəsizliyinə nəzarət – DMZ, firewall, TLS şifrələməsi, proxy; CI/CD proseslərinin avtomatlaşdırılması və işlək pipeline-ların dəstəklənməsi; Gündəlik texniki tapşırıqların yerinə yetirilməsi, sistemlərin vəziyyətinə nəzarət və hesabatların hazırlanması. Bilik və Bacarıqlar: Kubernetes klasterləri ilə iş təcrübəsi (Kubespray, Calico VXLAN, MetalLB, NGINX Ingress Controller); GitOps yanaşması ilə iş təcrübəsi (ArgoCD, Git, GitFlow, Semantic Versioning); Monitorinq və müşahidə sistemləri üzrə biliklər (Grafana Mimir, Grafana Alloy, Grafana Loki + Promtail, Grafana Tempo + OpenTelemetry); Registry və artefakt repozitoriyaları ilə iş təcrübəsi (Nexus, Harbor); Konteyner texnologiyaları ilə iş təcrübəsi (Docker, Helm Chart); CI/CD alətləri ilə iş təcrübəsi (GitLab CI); Məxfi məlumatların idarə edilməsi alətləri ilə iş təcrübəsi (HashiCorp Vault, External Secrets Operator); Şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər (DMZ, firewall, TLS, Proxy); LDAP vasitəsilə autentifikasiya və avtorizasiya ilə iş təcrübəsi (qruplar üzrə RBAC); Linux əməliyyat sisteminin dərin inzibati bilikləri; IaC/CM alətləri ilə iş təcrübəsi arzuolunandır (Terraform, Ansible); Python və ya Bash ilə avtomatlaşdırma bacarıqları arzuolunandır; Yüksək əlçatanlıq (HA) və fəlakətdən sonra bərpa (DR) arxitekturalarının qurulması təcrübəsi arzuolunandır; Mikroservis arxitekturası prinsipləri haqqında biliklər arzuolunandır; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə: Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və ya əlaqəli texniki sahə üzrə ali təhsil. Biz Sizə Təklif Edirik: Dəyər yaradan işlər; Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda; Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları; Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti; Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Apply Now
This position requires application on the employer's website.