Daxili audit üzrə kiçik mütəxəssis
Job Description & Requirements
Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı; MS Office proqramlarında işləməyi bacarmalı; Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər; Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı; Operativ və düzgün qərar verməyi bacarmalı; Problemləri həll etmə bacarığı olmalı; Dil biliyi: tələb olunmur; Kompüter biliyi: tələb olunmur; Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat; Sahə üzrə iş təcrübəsi: 0 - 1 il
Job Responsibilities
Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığının, xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılmasında iştirak edərək, ERP sistemindən alınmış hesabatlarla müqayisə aparmaq və nəticələri sənədləşdirmək; Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış və qiymətləndirmə işlərini həyata keçirmək; Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müəyyən edilmiş xüsusi meyarlara əsasən müşahidələr aparmaq, işçi heyətinə suallar vermək, nəticələri təhlil edib qiymətləndirmək və əldə olunan məlumatlar barədə rəhbərliyə hesabat vermək; Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi prosesində işçi qrupunun tərkibində iştirak etmək və bu prosesin nəticələrinin aktlaşdırılmasında iştirak etmək; Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək məqsədi ilə monitorinqlər aparmaq və nəticələr barədə məlumat hazırlamaq; Audit nəticələrinin ümumiləşdirilməsi və ilkin audit hesabatının hazırlanması məqsədilə toplanmış məlumatları sistemləşdirmək və rəhbərliyə təqdim etmək.
Apply Now
This position requires application on the employer's website.