VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Daxili audit üzrə kiçik mütəxəssis

🏢Baku Electronics📍Address not specifiedFull-time📅08.07.2026💰Interview-based

Job Description & Requirements

Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı; MS Office proqramlarında işləməyi bacarmalı; Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər; Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı; Operativ və düzgün qərar verməyi bacarmalı; Problemləri həll etmə bacarığı olmalı.

Job Responsibilities

Vəzifə funksiyaları: Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığının, xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılmasında iştirak edərək, ERP sistemindən alınmış hesabatlarla müqayisə aparmaq və nəticələri sənədləşdirmək; Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış və qiymətləndirmə işlərini həyata keçirmək; Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müəyyən edilmiş xüsusi meyarlara əsasən müşahidələr aparmaq, işçi heyətinə suallar vermək, nəticələri təhlil edib qiymətləndirmək və əldə olunan məlumatlar barədə rəhbərliyə hesabat vermək; Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi prosesində işçi qrupunun tərkibində iştirak etmək və bu prosesin nəticələrinin aktlaşdırılmasında iştirak etmək; Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək məqsədilə monitorinqlər aparmaq və nəticələr barədə məlumat hazırlamaq; Audit nəticələrinin ümumiləşdirilməsi və ilkin audit hesabatının hazırlanması məqsədilə toplanmış məlumatları sistemləşdirmək və rəhbərliyə təqdim etmək.

Apply Now

This position requires application on the employer's website.