Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Baş mütəxəssisi / Meneceri
Job Description & Requirements
Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi; Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür); IFRS standartları üzrə yaxşı səviyyədə bilik; Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma bacarıqları; Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində güclü nəzəri və praktiki biliklər; Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı; Excel və maliyyə modelləşdirmə alətləri üzrə yüksək səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür); Ssenari, həssaslıq (sensitivity) və risk analizlərinin aparılması bacarığı; Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti; SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi; Cari bank qaydaları, normativ dəyişikliklər və sahəyə dair təkliflərlə bağlı məlumatlılıq; Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı; Bazar trendləri və iqtisadi prinsiplər haqqında güclü anlayış; Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar; Güclü problem həll etmə və tənqidi düşünmə, kompleks məlumatları strukturlaşdırmaq bacarığı; Məsuliyyətlilik və nəticəyönümlülük; Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı; Dinamik və sürətli iş mühitində işləmə bacarığı.
Job Responsibilities
Bir ekosistem strateji maliyyə hesabatlılığı, IFRS yanaşmaları, maliyyə modelləşdirilməsi və analitik hesabatlılıq sahələrində təcrübəyə malik Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Baş mütəxəssisi / Meneceri axtarır. Rol biznes planlaşdırılması, maliyyə təhlili, strateji maliyyə modellərinin hazırlanması və rəhbərlik üçün qərarverməni dəstəkləyən hesabat və analitik materialların hazırlanmasını əhatə edir.
Apply Now
This position requires application on the employer's website.