(Bərdə) Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Job Description & Requirements
* Ali təhsil; * İş təcrübəsi - qeyd olunan sahə üzrə minimum 1 il; * Ünsiyyət qurmaq və satış bacarığı; * Riyazi biliklər; * Komandada işləmək bacarığı.
Job Responsibilities
* Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi; * İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi; * Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi; * İstehlak krediti portfelinin daimi monitorinq edilməsi; * İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması; * Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi; * İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində 'undewriter' və s.) göndərilməsinin təmin edilməsi; * Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi; * Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması; * Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi; * Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi; * Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması; * Konvertasiya əməliyyatlarının həyata keçirilməsi; * Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması; * Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi; * Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi; * Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması; * Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması; * İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.
Apply Now
This position requires application on the employer's website.