Bank Kanalları üzrə kiçik mütəxəssis/mütəxəssis (Müvəqqəti)
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri Bank Kanalları üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol bank kanalları vasitəsilə satışların artırılması, tərəfdaşlarla münasibətlərin idarə olunması və yeni satış imkanlarının müəyyən edilməsi üzrə məsuliyyət daşıyır.Seçilmiş namizəd, şirkətin korporativ satış strategiyasının həyata keçirilməsində və bank-sığorta məhsullarının bazar payını genişləndirilməsində mühüm rol oynayacaq.
Job Responsibilities
Öhdəliklər Cəmiyyətin korporativ satış strategiyasına uyğun olaraq fəaliyyətin təmin edilməsində komandaya dəstək göstərmək; Fərdi və bank müştərilərinə xidmət göstərmək və onların tələbatına uyğun sığorta şəhadətnamələrinin hazırlanmasını təmin etmək; Satış imkanlarını araşdırmaq, faktiki satış həcmlərini planla müqayisəli təhlil etmək və büdcə planlaşdırılması üçün müvafiq məlumatları təqdim etmək; Bank, bank olmayan kredit təşkilatı və lizinq şirkətləri ilə görüşlərdə iştirak etməklə bank-sığorta məhsullarının satışına dəstək olmaq; Birbaşa rəhbənin digər tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək. Bilik və Bacarıqlar MS Office proqramları (xüsusilə Excel) və Outlook ilə işləmə bacarığı; Satış texnikaları və sığorta qanunvericiliyi üzrə biliklər; Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları; Komandada işləmək və dəyişən şəraitə çevik reaksiya vermək qabiliyyəti; Məhsulu effektiv şəkildə təqdim etmək və satmaq bacarığı; Yüksək dəqiqlik və məsuliyyət hissi; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Marketinq sahəsində olması arzuolunandır); Sığorta və ya bank sahəsində minimum 2 il iş təcrübəsi. Bizim Təklifimiz Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti; Davamlı öyrənmə və inkişaf mədəniyyəti; Bazarın lider şirkətinin uğuruna töhfə vermək şansı; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.
Apply Now
This position requires application on the employer's website.