VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Aktuari Nəzarət üzrə mütəxəssis / kiçik mütəxəssis

🏢Paşa Sığorta📍Address not specified⏳Full-time📅01.10.2026💰Interview-based

Job Description & Requirements

•

PAŞA Sığorta ASC namizədləri Aktuari Nəzarət üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol sığorta tariflərinin və texniki ehtiyatların adekvatlığının aktuari baxımından qiymətləndirilməsi, sığorta portfelinin zərərliliyinin təhlili və təkrarsığorta təminatlarının optimallaşdırılması üçün məsuliyyət daşıyır.

•

Mütəxəssis aktuari nəzarəti sahəsində daxili qaydaların və metodoloji sənədlərin hazırlanmasında iştirak edərək şirkətin maliyyə sabitliyinin və risklərin idarə olunması effektivliyinin artırılmasına töhfə verəcəkdir.

Job Responsibilities

Öhdəliklər Sığorta tariflərinin, tarif bazasının və onların iqtisadi əsaslandırılmasının aktuari baxımından qiymətləndirilməsini və təhlilini aparmaq; Sığorta öhdəlikləri üzrə texniki ehtiyatların (rezervlərin) yaradılması metodologiyasının və adekvatlığının qiymətləndirilməsində iştirak etmək; Sığorta portfelinin zərərliliyini və yüksək zərərli risklərin cəlbi üzrə prosedurların effektivliyini təhlil etmək; Böhran ssenariləri zamanı təkrarsığorta müqavilələri üzrə gözlənilən maksimum təminat məbləğlərini təhlil etmək; Aktuari nəzarəti sahəsində normativ hüquqi aktların, metodiki göstərişlərin və daxili qaydaların layihələrinin hazırlanmasında iştirak etmək; Aparılan təhlillərin nəticələri üzrə arayışlar, rəylər və analitik materiallar hazırlayaraq rəhbərliyə təqdim etmək; Aşkar edilmiş uyğunsuzluqlar və risklər barədə rəhbərliyi məlumatlandırmaq və onların aradan qaldırılması üzrə təkliflər vermək. Bilik və Bacarıqlar Sığorta və aktuari fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər; Aktuari hesablamalarının metodologiyası və texniki ehtiyatların hesablanması üsulları; Sığorta risklərinin qiymətləndirilməsi və tarif hesablamalarının prinsipləri; Dil bilikləri: Azərbaycan, İngilis. Təhsil və Təcrübə Aktuari, sığorta, maliyyə nəzarəti və ya müvafiq sahədə ali təhsil; Aktuari, sığorta, maliyyə nəzarəti və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması arzuolunandır. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply Now

This position requires application on the employer's website.