Aktuar nəzarət xidməti üzrə baş mütəxəssis
Job Description & Requirements
PAŞA Sığorta ASC namizədləri Aktuar nəzarət xidməti üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Məqsədimiz innovasiya və etibarı birləşdirərək gələcəyin sığortasını formalaşdırmaqdır. Əgər siz də aktuar nəzarət, risklərin idarə olunması və data əsaslı analitik yanaşma ilə bu transformasiyanın bir parçası olmaq istəyirsinizsə, Aktuar nəzarət xidməti üzrə baş mütəxəssis rolunda komandamızda görməkdən məmnun olarıq. Bu vəzifədə siz tarif siyasətinin, zərər ehtiyatlarının, sığorta risklərinin və risk profilinin təhlilində iştirak edərək şirkətin dayanıqlı inkişafına və effektiv risk idarəetməsinə töhfə verəcəksiniz.
Job Responsibilities
Öhdəliklər Şirkətin tarif siyasətində edilən dəyişikliklərin təhlili və müvafiq rəylərin verilməsi Sığorta portfeli üzrə zərər ehtiyatlarının adekvatlığının qiymətləndirilməsi Zərər ehtiyatlarında müşahidə olunan yayınmalar üzrə ehtiyatlanma metodologiyasına dair təkliflərin hazırlanması Maliyyə bazarlarına nəzarət qurumuna təqdim olunan hesabatlarda istifadə edilən aktuar hesablamaların metodoloji düzgünlüyünün və fərziyyələrinin yoxlanılması IFRS 17 və requlyativ hesabatlarda istifadə olunan aktuar yanaşmaların və fərziyyələrin challenge edilməsi Yeni biznes prosesləri və məhsullar üzrə sığorta risklərinin müəyyənləşdirilməsi və nəzarət mexanizmlərinə dair təkliflərin verilməsi Sığorta portfelinin zərərliliyinin təhlili, yüksək zərərli risklərin portfeldə konsentrasiyasının və tətbiq olunan nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi Tarif adekvatlığının və məhsul performansının data əsaslı monitorinqinin həyata keçirilməsi Reserving və pricing modellərinin effektivliyinin qiymətləndirilməsi Aidiyyəti struktur bölmələrə sorğuların göndərilməsi, keçirilən iclaslar vasitəsilə aşkarlanan uyğunsuzluqlar barədə müvafiq tərəflərin məlumatlandırılması Razılaşdırılmış tədbirlər planlarının icrasına nəzarətin və monitorinqin həyata keçirilməsi Şirkətin risk profilinin, anderraytinq və təkrarsığorta siyasətinin təhlili Risk İştahası Bəyannaməsi üzrə dəyişiklik təkliflərinin verilməsi, hesablama və nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi Bilik və bacarıqlar MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı SQL, Power BI, Python və ya digər analitik alətlərlə işləmək bacarığı üstünlükdür Analitik və məntiqi düşünmə bacarığı Data əsaslı qərarvermə yanaşması Komandada işləmək və effektiv kommunikasiya bacarığı Stresə davamlılıq və çevik qərarvermə qabiliyyəti Təşəbbüskarlıq və məsuliyyətlilik Koordinasiya və təşkilatçılıq bacarıqları Azərbaycan və ingilis dillərində yüksək səviyyədə bilik Təhsil və təcrübə İqtisadiyyat, maliyyə, riyaziyyat, statistika və ya digər müvafiq sahələr üzrə ali təhsil Aktuar sahəsində minimum 4 il iş təcrübəsi IFRS 17 üzrə bilik və təcrübə üstünlükdür Requlyator tərəfindən müəyyən edilmiş aktuar sertifikasiyalardan uğurla keçmiş namizədlərə üstünlük verilir Bizim təklifimiz Peşəkar və dinamik komandada işləmək imkanı Şirkətdaxili inkişaf və davamlı öyrənmə imkanları Şəffaf və dəstəkləyici korporativ mühit Real biznes təsiri yaradan layihələrdə iştirak "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı Rəqəmsal transformasiya və Insurtech təşəbbüslərinin bir parçası olmaq fürsəti
Apply Now
This position requires application on the employer's website.