VacanciesCompanies
PackagesBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Agile Coach

🏢Paşa Sığorta📍Address not specifiedFull-time📅09.07.2026💰Interview-based

Job Description & Requirements

PAŞA Sığorta ASC namizədləri Lean Agile mərkəzinin Agile Coach vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol, komandaları və liderləri Agile metodologiyalarını mənimsəməkdə və tətbiq etməkdə istiqamətləndirərək təşkilatın çevik transformasiyasına rəhbərlik edir. Əsas məqsəd çatdırılma proseslərini asanlaşdırmaq, komandaların potensialını maksimuma çatdırmaq, maneələri aradan qaldırmaq və biznes sahələrində davamlı təkmilləşmə mədəniyyətini təmin etməklə şirkətin strateji hədəflərinə dəyər qatmaqdır.

Job Responsibilities

Öhdəliklər Çatdırılma proseslərinin yeni təcrübələr, alətlər və metodologiyalara əsaslanaraq təkmilləşdirilməsi; Agile tədbirlərinin (Daily Standups, Sprint Planning, Retrospectives, Backlog Refinement və s.) idarə edilməsi və dəstəklənməsi; Komandaya Agile üzrə ən yaxşı təcrübələrin öyrədilməsi və onların çevik inkişafına dəstək göstərilməsi; Agile komandalarında eksperiment yönümlü düşüncə tərzinin təşviq edilməsi; Sürət və keyfiyyəti təmin etmək məqsədilə Agile təcrübələrindən istifadə edərək komandanın işinin asanlaşdırılması; Çatdırılma səmərəliliyini artırmaq üçün tələbin komanda potensialı ilə balanslaşdırılması; Proseslərin təkmilləşdirilməsi və məlumatlara əsaslanan qərarların verilməsi üçün proses göstəricilərinin təhlili; Məhsul komandaları ilə müsbət əlaqələri dəstəkləyərək münaqişələrin effektiv həlli və kompromislərin tapılması; Rüblük proqram lövhəsinin, dəyər/xərc hesablamalarının və inkişaf prosesinin səmərəliliyi (cycle time) üzrə işlərin idarə edilməsi; Məhsulların effektiv və kross-funksional çatdırılmasına cavabdeh olmaq; Zərurət yarandıqda komanda və xarici maraqlı tərəflər arasında körpü rolunu oynamaq. Bilik və Bacarıqlar Scrum, Kanban, SAFe kimi müxtəlif Agile çərçivələri üzrə biliklər; Backlog prioritetləşdirilməsi, istifadəçi hekayələrinin xəritələnməsi, proses metrikaları və SMART hədəflərinin yaradılması üzrə təcrübə; SDLC və inkişaf prosesinin səmərəliliyi (Cycle Time) idarəçiliyi haqqında dərin anlayış; Jira, Miro, MS Excel, MS PowerPoint, MS Power BI kimi alətlərlə işləmək bacarığı; Agile tədbirləri üçün güclü fasilitasiya bacarıqları; Mükəmməl ünsiyyət, təqdimat, insanlararası əlaqələr və dinləmə bacarıqları; Problemlərin həlli və analitik düşüncə bacarıqları; Maraqlı tərəflərin idarə edilməsi bacarığı; Strateji və yaradıcı düşüncə tərzi; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Layihənin idarə edilməsi, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; Müvafiq sahədə 3-4 il iş təcrübəsi; Certified ScrumMaster (CSM), SAFe Agilist, PMI-ACP, PMP və ya digər müvafiq Agile və layihə idarəetməsi sertifikatlarının olması üstünlükdür. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici iş mühitində inkişaf imkanı; Karyera yüksəlişi və davamlı öyrənmə fürsətləri; Şəffaf və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət; Təşkilatın uğuruna birbaşa təsir göstərmək şansı; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply Now

This position requires application on the employer's website.