Shtat İstifadəçiTəlimatları

Müasir əmək bazarının tələblərinə cavab verən onlayn platformanın tam istifadə təlimatları və funksiyaları

Sistemə Ümumi Baxış

Shtat.az — müasir əmək bazarının tələblərinə cavab verən, həm iş axtaranlara, həm də işəgötürənlərə yönəlmiş onlayn platformadır.

Süni İntellekt

AI əsaslı uyğun təkliflər

Video Görüşlər

Onlayn müsahibə imkanı

Çoxdilli Dəstək

Avtomatik tərcümə sistemi

Bildirişlər

Avtomatik xatırlatmalar

HR İdarəetmə

Çoxistifadəçili panel

Ağıllı Filtrləmə

Təkmil axtarış imkanları

Əsas Vəzifə Öhdəlikləri

İstifadəsi asan interfeys və mobil uyğunluq
CV və elanların avtomatik çoxdilli tərcüməsi
Süni intellekt əsaslı uyğun namizəd və elan təklifi
Onlayn video görüş funksiyası
HR komandası üçün çoxistifadəçili idarəetmə paneli
Avtomatik bildiriş və xatırlatmalar sistemi

Rəy və Geri Bildirimlər

İstifadəçilər platformadan istifadə zamanı rast gəldikləri hər hansı texniki xətaları və ya təkmilləşdirmə təkliflərini bizimlə paylaşa bilərlər. Bunun üçün sistemin aşağı sağ küncündə yerləşən "Rəy Bildirin" bölməsi vasitəsilə qısa formada qeyd göndərmək mümkündür.

İş Axtaranlar üçün İstifadə Qaydaları

İş axtaranlar üçün platformanın bütün funksiyalarından necə istifadə ediləcəyi barədə ətraflı təlimatlar

1

Qeydiyyat və Giriş

Qeydiyyat

Ana səhifədə "Hesab yarat" → "İşçi" seçimlərini edin. Ad, e-poçt və şifrə daxil etməklə qeydiyyatı tamamlayın.

Giriş

Əvvəl qeyd etdiyiniz e-poçt və şifrə ilə "Daxil ol" bölməsindən sistemə giriş edə bilərsiniz.

2

Profil və CV İdarəetməsi

CV Yaratmaq

Şəxsi məlumatlar, təhsil, iş təcrübəsi və bacarıqları daxil etməklə CV yaradırsınız.

Əsas CV Seçimi

İlk yaradılan CV avtomatik olaraq əsas (susmaya görə) CV olaraq seçilir. İstənilən digər CV-ni "Əsas et" düyməsi ilə əsas CV kimi təyin etmək mümkündür. İşəgötürənlər sizin profilinizə baxdıqda yalnız əsas CV-ni görəcəklər.

3

Elanlara Baxış və Müraciət

Elan Siyahısı

"Elanlar" səhifəsinə keçərək axtarış edə bilərsiniz.

Uyğun Elanlar

"Hesab" → "Uyğun İş Elanları" bölməsində sistem tərəfindən sizə uyğun elanlar göstərilir.

Müraciət Prosesi

Elana daxil olduqda, əgər işəgötürən tərəfindən sual əlavə olunubsa, onları cavablandırmaq tələb olunur.
"Müraciət et" və ya "Asan Müraciət" düyməsi ilə müraciətinizi göndərə bilərsiniz.
Müraciət zamanı istifadə etmək istədiyiniz CV-ni seçirsiniz.
4

Görüşlər

Təyinat

İşəgötürən sizə mesaj vasitəsilə görüş tarixi təklifləri göndərir.

Seçim və Keçirilmə

Təkliflərdən yalnız birini seçmək mümkündür. Təyin olunmuş görüşlər "Görüşlər" səhifəsində əks olunur və sistem üzərindən keçirilir.

5

Mesajlaşma Sistemi

İstifadəçilər birbaşa işəgötürənlə mesajlaşa, bildirişlər ala və əlaqə saxlaya bilərlər.

İşəgötürənlər üçün İstifadə Qaydaları

İşəgötürənlər üçün platformanın bütün funksiyalarından necə istifadə ediləcəyi barədə ətraflı təlimatlar

1

Qeydiyyat və Şirkət Profili

Qeydiyyat Prosesi

"Hesab yarat" → "Şirkət" seçimlərini edərək qeydiyyatdan keçin.

Tələb olunan sahələr:
  • Şirkət adı
  • E-poçt
  • VÖEN
  • Əlaqə nömrəsi
  • Şifrə
Aktivləşdirmə:

Qeydiyyatdan sonra e-poçt təsdiqi və admin tərəfindən hesab aktivləşdirilməsi tələb olunur.

2

Vakansiya Elanı Yerləşdirmək

Elan Yaratma Prosesi

1
"İdarə Paneli" → "Elanlar" → "Yeni Elan" düyməsi ilə elan yaradın.
2
Elan başlığını daxil etdikdən sonra sistem süni intellektlə tələb və bacarıqları avtomatik olaraq təklif edə bilər.
3
Müraciət edənlərə sual əlavə etmək mümkündər ("+İstək" düyməsi): mətn, siyahı və ya video təqdimat formasında.
"Yadda saxla" düyməsi ilə elan aktivləşdirilir və digər dillərə avtomatik tərcümə edilir.

Qeyd: Elan maksimum bir ay aktiv qala bilər. Sonradan "Uyğun Namizədləri Tap" düyməsi ilə CV bankından uyğun namizədləri görə bilərsiniz.

3

Müraciətlərin İdarəolunması

"İdarə Paneli" → "Müraciətlər" bölməsində:

Əsas Funksiyalar:
  • Müraciətlərin uyğunluq dərəcəsi süni intellekt vasitəsilə hesablanır
  • Verilən cavablarla birlikdə müraciətlər sıralanır
Əlavə Funksiyalar:
  • "Müqayisə et" – bir neçə namizədi yanaşı müqayisə
  • "Mesaj" – namizədlə yazışma
  • Ulduzlama və ya rədd etmə
  • "Ətraflı bax" və ya namizəd adına klikləməklə profil görüntüləmə
4

Görüşlərin İdarəolunması

"Görüşlər" bölməsindən:

1
"Boş vaxtlar yarat" funksiyası ilə görüş üçün uyğun vaxtlar təyin edin.
2
Mesaj vasitəsilə namizədə seçim üçün tarixlər göndərilir.
3
Seçilən tarixdə sistemdə avtomatik onlayn görüş yaradılır.
Görüş Funksiyaları:
  • Təşkilat üzvləri "owner" statusunda iştirak edə bilər
  • İstəyə əsasən görüş videoya yazılır
  • Sonradan baxış üçün saxlanılır
Bildirişlər:
  • Görüşdən 1 gün əvvəl bildiriş
  • Görüşdən 30 dəqiqə əvvəl xatırlatma
5

Tənzimləmələr

Əsas Tənzimləmələr

  • İstifadəçi məlumatlarını redaktə etmək
  • Təşkilat məlumatlarını yeniləmək
  • Şifrəni dəyişmək
  • Bildiriş seçimlərini idarə etmək

İşçilərin İdarə Edilməsi

"İşçilərin idarə edilməsi" ilə şirkətə yeni istifadəçi əlavə edə bilərsiniz.

6

Paket Tarixçəsi

"Paket tarixçəsi" bölməsində:

Aktiv paketlər və istifadə olunmuş hüquqlarınızı izləyə bilərsiniz.

İstifadə olunmuş xüsusiyyətlər
Qalmış imkanlar

İndi Başlayın

Shtat.az platformasında öz karyeranızı qurmağa və ya mükemmel namizədləri tapmağa başlayın