
Samuray Firması
customer_slogan_empty
customer_org_details_title
- 0512257187
- https://samuray.az/
- customer_org_hq_empty
- customer_org_reg_idcustomer_org_reg_empty
customer_about_title
“Samuray” Firması 29 sentyabr 1999-cu ildə Rusiya Federasiyasında uğurlu biznes fəaliyyəti ilə məşğul olmuş, Əhmədov İlqar Mahmud oğlunun təsisçiliyi, bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə yaradılmışdır. Belə ki, həmin illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasından kənarda yaşayan azərbaycanlı ziyalılara və iş adamlarına müraciətindən ruhlanaraq Rusiyadakı biznes fəaliyyətini doğma vətənə köçürmüş, Sumqayıt şəhərində fəaliyyət göstərən “Samuray” Firmasını təsis etmiş və həmin vaxtdan firma Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Fəaliyyətə başaladığı dövrdə firma politelen paketlərin istehsalı ilə məşğul olmuş, sürətli inkişaf yolunu seçərək ildən-ilə yeni uğurlara imza atmışdır. Cəmi bir neçə nəfərdən ibarət kollektiv ilə fəaliyyətə başlamış firmada hazırda 140 nəfər kollektiv üzvü vardır. İstehsal etdiyi məhsulların keyfiyyətinə görə firma hazırda Respublikamızda öndə gedən birincilər sırasındadır. Firmanın əldə etdiyi uğurların əsas hissəsi müəssisənin istesal, mətbəə, kəsmə və digər sexlərində uzun illərdir təcrübə toplayıb peşəkar mütəxəssislərə çevrilmiş, bacarıqlı və səriştəli kadrların payına düşür. “Samuray” Firması fəaliyyətə başladığı dövrdən cəmi bir neçə primitiv dəzgahlardan istifadə edərək mütərəqqi inkişaf yolunda işgüzar əməkdaşlıq qurduğu firmalarla əlaqələrini genişləndirmişdir. Bunun nəticəsidir ki, hazırda firmada Avropa ölkələrindən Türkiyə Respublikasından, Tayvan və Çin Xalq Respublikasından, İspaniya Krallığından, İtaliya Respublikasından alınmış yüksək keyfiyyətli dəzgahlardan və qurğulardan istifadə olmaqla istehsal prosesi həyata keçirilir. Bu isə istehsal olunan məhsulların keyfiyyətinə və dizaynına öz müsbət təsirini göstərir.