Yük maşını sürücüsü
İş təsviri və tələblər
Nəqliyyat vasitələrinin idarə olunması sahəsində ən azı 1–3 il iş təcrübəsi; Müvafiq kateqoriyalı (B, C) sürücülük vəsiqəsi; Problem həll etmə bacarığı; Operativ və düzgün qərar vermə bacarığı; Fiziki sağlamlıq və ağır məişət əşyalarını daşımaq bacarığı; Avtonəqliyyat vasitəsinin düzgün texniki istismarı üzrə baza bilikləri; Dil biliyi: tələb olunmur; Kompüter biliyi: tələb olunmur; Təhsil səviyyəsi: tələb olunmur; Sahə üzrə iş təcrübəsi: 3–5 il.
Vəzifə öhdəlikləri
Vəzifə funksiyaları: Məhsulların anbardan təhvil alınması və yük maşınına səliqəli şəkildə yüklənməsi; Daşınan malların təhlükəsizliyini maksimum təmin etməklə, nəqliyyat vasitəsinin düzgün idarə olunması; Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət, texniki xidmətin vaxtında göstərilməsi, ehtimal olunan nasazlıqlar barədə rəhbərliyə öncədən məlumat verilməsi və imkan daxilində onların aradan qaldırılması; Məhsulların təyinat məntəqəsinə təhlükəsiz, səliqəli və vaxtında çatdırılmasının təmin edilməsi; Yüklərin nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsi, yerləşdirilməsi və sabitlənməsinə nəzarət edilməsi; Daşınma zamanı tələb olunduqda ağır və iri həcmli məhsulların fiziki daşınmasında fəal iştirak etmək; Xətt zamanı mexanizmin sökülməsini tələb etməyən xırda texniki nasazlıqların yerində aradan qaldırılması; Təhkim olunmuş nəqliyyat vasitəsinin daima təmiz və texniki cəhətdən saz vəziyyətdə saxlanılması.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.