Məhsulların idarə edilməsi

Yeni karyera imkanı üçün bir fürsət: "PO Growth 2" proqramı!

🏢Kapital Bank📍Ünvan qeyd edilməyibTam ştat📅20.02.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Rəqəmsal məhsul və həllər, proseslərin idarəolunması, informasiya texnologiyaları və ya layihə idarəetməsi sahəsində minimum 2 il peşəkar təcrübə; Rəqəmsal məhsulların ideyadan bazara qədər olan mərhələlərini anlama və bu sahədə peşəkar təcrübə; Müxtəlif maraqlı tərəflərlə (stakeholder) effektiv işləmə təcrübəsi; Agile iş mühitində iş təcrübəsi (üstünlükdür); İngilis dilində minimum B2 səviyyədə (yazılı və şifahi) ünsiyyət bacarığı; Analitik düşünmə bacarığı; Konfliktlərin idarə olunması bacarığı; Müştəriyönümlü yanaşma; Data əsaslı qərarvermə bacarığı; Effektiv ünsiyyət bacarığı; Davamlı öyrənmə və inkişaf yönümlü yanaşma.

Vəzifə öhdəlikləri

Karyerasında Məhsul sahibi (Product Owner) rolunda yeni mərhələyə keçmək və dinamik məhsul mühitində inkişaf etmək istəyən peşəkarlar üçün Bir ekosistemi "PO Growth" proqramını təqdim edir. Bu proqram texniki və yumşaq bacarıqlarınızı təkmilləşdirmək, ölkəmizin qabaqcıl rəqəmsal liderlərindən birbaşa bilik və təcrübə əldə etmək üçün unikal fürsətdir. Peşəkar mentor dəstəyi və real layihələrlə gələcəyin Agile liderlərindən birinə çevrilmək şansını qaçırmayın. Seçim prosesi: 1. CV yoxlanışı: Namizədlərin CV-ləri ilkin uyğunluq meyarlarına əsasən qiymətləndiriləcək. Tələblərə cavab verən namizədlər növbəti mərhələyə keçəcəklər. 2. İmtahan mərhələsi: İlkin seçimdən keçən namizədlər imtahanda iştirak edəcəklər. İmtahanı uğurla tamamlayan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. 3. Müsahibə mərhələsi: Son mərhələ olan müsahibəni də uğurla başa vuran namizədlər "PO Growth" proqramına qəbul ediləcəklər.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.