Texniki dəstək məsləhətçisi (Şəki mağazası)
İş təsviri və tələblər
Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik; Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik; Proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı; Müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı; Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı; Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı; Diqqətli və məsuliyyətli olmaq; Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq; Dil biliyi: Tələb olunmur; Kompüter biliyi: Mac OS X, Windows OS, Linux - Yüksək; Təhsil səviyyəsi: Ümumi təhsil - tam orta təhsil; Sahə üzrə iş təcrübəsi: 0 - 1 il.
Vəzifə öhdəlikləri
Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının yüklənməsi; TV məhsullarının sazlanması və ilkin qurğuların tənzimlənməsi; Smart saatların sinxronizasiyası, hesabların qurulması və istifadəyə hazır vəziyyətə gətirilməsi; PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması; Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının həyata keçirilməsi; Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi; Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.