Texniki dəstək məsləhətçisi (Şəki mağazası)
İş təsviri və tələblər
Təhsil: Ümumi təhsil - tam orta təhsil; İş təcrübəsi: Sahə üzrə 1 - 2 il; Dil biliyi: Tələb olunmur; Kompüter biliyi: Mac OS X, Windows OS, Linux - Yüksək.
Vəzifə öhdəlikləri
Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının yüklənməsi; TV məhsullarının sazlanması və ilkin qurğuların tənzimlənməsi; Smart saatların sinxronizasiyası, hesabların qurulması və istifadəyə hazır vəziyyətə gətirilməsi; PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması; Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının həyata keçirilməsi; Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi; Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.