Texniki dəstək məsləhətçisi
İş təsviri və tələblər
Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik; Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik; Proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı; Müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı; Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı; Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı; Diqqətli və məsuliyyətli olmaq; Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq; Dil biliyi: Tələb olunmur; Kompüter biliyi: Mac OS X, Windows OS, Linux - Yüksək; Təhsil səviyyəsi: Ümumi təhsil - tam orta təhsil; Sahə üzrə iş təcrübəsi: 1 - 2 il.
Vəzifə öhdəlikləri
Vəzifə funksiyaları: - Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının yüklənməsi - TV məhsullarının sazlanması və ilkin qurğuların tənzimlənməsi - Smart saatların sinxronizasiyası, hesabların qurulması və istifadəyə hazır vəziyyətə gətirilməsi - PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması - Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının həyata keçirilməsi - Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi - Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi Digər şərtlər: - Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik - Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik - Proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı - Müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı - Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı - Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı - Diqqətli və məsuliyyətli olmaq; öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq Dil biliyi: Tələb olunmur Kompüter biliyi: Mac OS X, Windows OS, Linux - Yüksək
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.