ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Texniki dəstək məsləhətçisi

🏢Baku Electronics📍Ünvan qeyd edilməyib⏳Tam ştat📅05.10.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

•

Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik; Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik; proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı; müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı; müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı; texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı; diqqətli və məsuliyyətli olmaq; öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq; Dil biliyi: tələb olunmur; Kompüter biliyi: Mac OS X, Windows OS, Linux - yüksək; Təhsil: tam orta təhsil; Təcrübə: 1-2 il.

Vəzifə öhdəlikləri

Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının yüklənməsi; TV məhsullarının sazlanması və ilkin qurğuların tənzimlənməsi; Smart saatların sinxronizasiyası, hesabların qurulması və istifadəyə hazır vəziyyətə gətirilməsi; PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması; Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının həyata keçirilməsi; Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi; Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.