Təşkilati risklərin idarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis
İş təsviri və tələblər
PAŞA Sığorta ASC namizədləri Təşkilati risklərin idarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin təşkilati risklərin effektiv idarə olunmasına, risk mədəniyyətinin inkişaf etdirilməsinə, daxili normativ sənədlərin hazırlanmasına və risklərin qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsinə cavabdehdir. Rəhbərliyə və komitələrə risk hesabatlarının hazırlanması, risk limitlərinin təyin olunmasında iştirak və risk sağlamlıq indeksinin idarə edilməsi bu rola daxildir.
Vəzifə öhdəlikləri
Bilik və Bacarıqlar Mürəkkəb məlumatları şərh etmək və analiz etmək bacarığı; Risklərin ilkin qiymətləndirilməsi bacarığı; Dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Güclü analitik bacarıq; Məlumatların analizində Excel-dən effektiv istifadə; PowerPoint-dən effektiv istifadə; Etik davranış və məxfilik prinsiplərinə riayət; Problemlərin həllinə yönümlülük; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Öyrənməyə açıqlıq və çeviklik; Emosional stabillik və məsuliyyətli olmaq; Stressə davamlılıq; Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə. Təhsil və Təcrübə Tam ali təhsil - İqtisadiyyat, Maliyyə, Statistika, Riyaziyyat və ya oxşar sahələr üzrə; 3 ildən artıq müvafiq sahədə iş təcrübəsi; FRM, PRM sertifikatların olması üstünlükdür. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.