Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent
İş təsviri və tələblər
PAŞA Sığorta ASC namizədləri Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə Təkrarsığorta və Anderraytinq Departamentinə hərtərəfli dəstəyin göstərilməsini nəzərdə tutur. Əsas fəaliyyət daxil olan sorğu və təkliflərin ilkin təhlili, rəhbərlik altında müvafiq risklərin təkrarsığortası prosesində iştirak, debitor və kreditorların idarə olunmasına yardım etməkdən ibarətdir. Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent, həmçinin şirkətin öz riskləri üzrə əlverişli təkrarsığorta şərtlərinin əldə edilməsi üçün aparılan danışıqlara cəlb olunur, tərəfdaşlarla yazışmalara dəstək göstərir və maraqlı tərəflər üçün təqdimatların hazırlanmasında iştirak edərək departamentin gündəlik operativ fəaliyyətinin səmərəliliyinə töhfə verir.
Vəzifə öhdəlikləri
Bilik və Bacarıqlar Yüksək riyazi-analitik düşüncə tərzi; Diqqətcil və detallara qarşı həssaslıq; Güclü ünsiyyət qurma bacarığı; Yüksək məsuliyyət hissi; Komandada işləmə bacarığı; Stresə davamlılıq; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Ali təhsil (İqtisadiyyat, Hüquq, Riyaziyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə); Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur. Bizim Təklifimiz Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Rəqəmsal və çevik iş mühitində təcrübə; Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.