ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Təhlükəsizlik əməliyyatları analitiki

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅14.04.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Təhlükəsizlik əməliyyatları analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Təhlükəsizlik əməliyyatları analitiki kimi əsas məqsədiniz şirkətin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına, həmçinin təhlükəsizlik üzrə monitorinq, analiz və hesabatların hazırlanmasına töhfə verməkdir. Bu vəzifə İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etməyi, şəbəkə və sistemlərdəki boşluqların müəyyənləşdirilməsini və onların effektiv şəkildə aradan qaldırılmasını əhatə edir.

Vəzifə öhdəlikləri

Öhdəliklər Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və "log" analizinin aparılması İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi İnformasiya təhlükəsizliyi alətləri vasitəsilə şəbəkə, kompüter sistemləri və veb tətbiqlərdə boşluqların və təhdidlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatların hazırlanması Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi Bilik və Bacarıqlar Windows Server, Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliklər SIEM üzrə əla biliklər Firewall və korporativ antiviruslar üzrə yaxşı biliklər WAF, HIDS/HIP üzrə yaxşı biliklər NIDS/NIPS, NGFW üzrə yaxşı biliklər Vulnerability Management üzrə orta səviyyədə biliklər DLP üzrə orta səviyyədə biliklər Analitik düşüncə və problem həll etmə bacarığı Stresə davamlılıq və məsuliyyətlilik Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil (bakalavr) İnformasiya təhlükəsizliyi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi Beynəlxalq təhlükəsizlik sertifikatları arzuolunandır Bizim Təklifimiz Peşəkar və dinamik komandada işləmək imkanı Fərdi və peşəkar inkişaf üçün dəstək və təlim imkanları Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti İnnovativ layihələrdə iştirak və real təsir yaratmaq imkanı "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.