ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Subroqasiya şöbəsinin rəhbəri

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅03.08.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Subroqasiya şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. PAŞA Sığorta insan kapitalını biznes strategiyasının əsas hərəkətverici qüvvəsi hesab edir. Məqsədimiz müasir texnologiyalar, güclü liderlik və insan mərkəzli yanaşma ilə gələcəyin iş mühitini formalaşdırmaqdır. Bu yanaşma əməkdaşlarımıza böyük transformasiya layihələrinə rəhbərlik etmək, peşəkar inkişaf imkanlarından yararlanmaq və gələcəyin iş mühitinin formalaşdırılmasına töhfə vermək imkanı yaradır.

Vəzifə öhdəlikləri

Subroqasiya şöbəsinin rəhbəri şirkətin subroqasiya portfelinin strateji idarə edilməsinə, geri qaytarılma (recovery) göstəricilərinin artırılmasına və proseslərin davamlı təkmilləşdirilməsinə cavabdehdir. Bu vəzifə müxtəlif daxili və xarici maraqlı tərəflərlə effektiv əməkdaşlığın qurulmasını, hüquqi risklərin idarə olunmasını və biznes məqsədlərinə uyğun nəticələrin əldə edilməsini təmin edir. Öhdəliklər: Subroqasiya portfelinin strateji idarə olunmasını təmin etmək, portfeli təhlil etmək, seqmentləşdirmək və geri qaytarılma potensialını artıran yanaşmalar formalaşdırmaq; Subroqasiya üzrə bərpa (recovery) göstəricilərinin artırılması məqsədilə strategiyalar hazırlamaq, biznes hədəflərinə nail olunmasını təmin etmək və nəticələri davamlı izləmək; Mürəkkəb və yüksək məbləğli subroqasiya işləri üzrə danışıqları aparmaq, borclular, sığorta şirkətləri və digər maraqlı tərəflərlə effektiv razılaşmaların əldə olunmasını təmin etmək; Subroqasiya proseslərində hüquqi, maliyyə və əməliyyat risklərini idarə etmək, qanunvericiliyə və daxili tələblərə uyğunluğu təmin etmək; Claims, Hüquq, Maliyyə, Anderraytinq və digər struktur bölmələrlə effektiv əməkdaşlığı və proses koordinasiyasını təmin etmək; Subroqasiya proseslərini təhlil etmək, optimallaşdırmaq və rəqəmsallaşdırma təşəbbüslərinə rəhbərlik etməklə əməliyyat səmərəliliyini artırmaq; Şöbə üzrə əsas performans göstəricilərini (KPI) müəyyən etmək, portfel üzrə nəticələri təhlil etmək və rəhbərliyə analitik hesabatlar və təkliflər təqdim etmək; Xarici tərəfdaşların (kollektor və hüquq şirkətləri və s.) fəaliyyətini qiymətləndirmək və nəticəyönümlü əməkdaşlığı təmin etmək; Şöbənin fəaliyyətini planlaşdırmaq, komandanın inkişafını və yüksək performans mədəniyyətinin formalaşdırılmasını təmin etmək. Bilik və Bacarıqlar: Mülki, sığorta və icra qanunvericiliyi üzrə dərin biliklər; Portfel idarəetməsi və məlumatların analitik təhlili bacarığı; Strateji və analitik düşüncə, nəticəyönümlü yanaşma və biznes qərarlarının qəbulu bacarığı; Hüquqi risklərin idarə olunması bacarığı; Liderlik və komandanın idarə olunması bacarığı; Güclü ünsiyyət, təqdimat və problem həll etmə bacarığı; MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı; Dil bilikləri: Azərbaycan, Rus, İngilis. Təhsil və Təcrübə: Hüquq, Maliyyə, İqtisadiyyat, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil; Rəhbər vəzifədə minimum 2 il və müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Subroqasiya portfelinin idarə olunması, hüquqi mübahisələrin həlli və ya claims recovery sahəsində praktiki təcrübə; Müxtəlif struktur bölmələri və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq və koordinasiya təcrübəsi; Sığorta, hüquq və ya risklərin idarə olunması üzrə beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür. Biz Sizə Təklif Edirik: Dəyər yaradan işlər: Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda: Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları: Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti: Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Rol haqqında

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.