ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Strategiya və Planlaşdırma şöbəsinin rəhbəri

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅03.08.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Strategiya və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifənin əsas məqsədi şirkətin orta və uzunmüddətli strategiyasının hazırlanmasına, strateji təşəbbüslərin icrasına və biznes planlaşdırma prosesinə rəhbərlik etməkdir. Namizəd şirkətin 3 illik strateji planlama dövründə prioritetlərin müəyyən edilməsinə, performansın izlənməsinə və rəhbərliyin qərarvermə prosesinin analitik məlumatlarla dəstəklənməsinə cavabdeh olacaq. Investisiya cəlbi hazırlığı çərçivəsində korporativ idarəetmə və strateji təşəbbüslərin koordinasiyası da rolun əsas hissəsidir.

Vəzifə öhdəlikləri

Öhdəliklər Şirkətin strategiyasının hazırlanmasını, yenilənməsini və icrasının koordinasiyasını təmin etmək. Strateji təşəbbüsləri formalaşdırmaq, prioritetləşdirmək və icrasına nəzarət etmək. Bazar, rəqib və makroiqtisadi mühiti təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək. İllik büdcə və biznes planlaşdırma prosesinə rəhbərlik etmək. Plan-fakt təhlilləri, maliyyə proqnozları və ssenari analizləri hazırlamaq. Rəhbərlik, İdarə Heyəti və digər idarəetmə orqanları üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq. Funksiyalararası koordinasiyanı təmin etmək və şöbə əməkdaşlarının inkişafını dəstəkləmək. Təhsil və Təcrübə Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya oxşar sahə üzrə ali təhsil. Strateji idarəetmə, biznes planlaşdırma, büdcələmə və ya maliyyə sahəsində minimum 5 il iş təcrübəsi. Rəhbər vəzifədə minimum 3 il təcrübə. Güclü analitik düşünmə və strateji baxış. Layihələrin idarə edilməsi və funksiyalararası koordinasiya bacarığı. MS Excel və PowerPoint üzrə yüksək səviyyə, Power BI biliyi üstünlükdür. Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı. Rus dili üstünlükdür. Bacarıqlar Liderlik və məsuliyyətlilik. Nəticəyönümlülük. Güclü kommunikasiya və təqdimat bacarığı. Dəyişikliklərə çevik uyğunlaşma. Komanda ilə işləmək və qərarvermə qabiliyyəti. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.