ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

İstifadəçi təcrübəsi və dizayn ekspert mərkəzinin UI/UX üzrə baş dizayneri

🏢ABB📍Ünvan qeyd edilməyibTam ştat📅10.07.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Bizim üçün uyğun namizəd: • Ali təhsilli; • UX/UI dizayn sahəsində 5+ illik iş təcrübəsi; • Təcrübəsini əks etdirən güclü portfolio; • Figma, Sketch, Adobe XD kimi dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı; • Dizayn sistemləri və komponent kitabxanaları ilə iş təcrübəsi; • Responsive və Adaptive dizayn prinsiplərini bilmək və tətbiq etmək; • İstifadəçi tədqiqatları, məlumat analitikası, kəmiyyət və keyfiyyət araşdırmaları üzrə təcrübə; • Prototip və Wireframing üzrə yüksək səviyyəli bacarıq; • İstifadəyə yararlılıq testləri (Usability Testing) və A/B testləri icra etmək bacarığı; • İnteraktiv və animasiyalı dizaynlar üçün After Effects, Principle və digər Motion alətləri ilə işləmək bacarığı (arzuolunandır); • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı; • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları; • Effektiv ünsiyyət və komanda ilə ahəngdar işləmək qabiliyyəti; • Müştəri yönümlü düşüncə və istifadəçi ehtiyaclarını dərindən anlamaq bacarığı; • Komanda üzvlərinə mentorluq və dəstək vermək bacarığı olan şəxsdir.

Vəzifə öhdəlikləri

Görəcəyiniz işlər: • Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması; • Biznes ehtiyaclarının təhlili və dizayn həllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması; • Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması; • Fərziyyə testi, istifadəyə yararlılıq testi, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığını yoxlamaq; • CJM (Customer Journey Maps), User Flow, Mind Maps, İnformasiya Arxitekturası, Wireframe və Prototiplərin yaradılması; • Rəqəmsal məhsul komandası ilə aktiv əməkdaşlıq və kommunikasiya; • İstifadəçi geri dönüşlərinin təhlili, istifadəçi davranışlarının izlənməsi və təkmilləşdirmə tövsiyələrinin verilməsi; • Genişləndirilə bilən dizayn sistemlərinin yaradılması və ya inkişaf etdirilməsinə dəstək olmaq, dizayn qaydalarına riayət olunmasını təmin etmək; • Məhsullar arası dizayn prinsiplərinə riayət etmək və yeni tendensiyalara uyğunlaşdırmaq; • Agile və digər iş proseslərinə uyğun dizayn prosesini effektiv şəkildə riayət etmək; • Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etmək; • Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq; • Yeni texnologiya və dizayn trendlərini izləmək və komandaya innovativ həllər təklif etmək.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.