İstifadəçi təcrübəsi və dizayn ekspert mərkəzinin UI/UX üzrə baş dizayneri
İş təsviri və tələblər
Bizim üçün uyğun namizəd: Ali təhsilli; UX/UI dizayn sahəsində 3+ illik iş təcrübəsi olan; Təcrübənizi əks etdirən portfolionun olan; Figma, Adobe XD kimi dizayn proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olan; Dizayn sistemləri və komponent kitabxanaları ilə iş təcrübəsi olan; Responsive və Adaptive dizayn prinsiplərini bilən və tətbiq edən; İstifadəçi tədqiqatları, məlumat analitikası, kəmiyyət və keyfiyyət araşdırmaları üzrə təcrübəsi olan; Prototip və Wireframing üzrə bacarığı olan; İstifadəyə yararlılıq testləri (Usability Testing) və A/B testlərini icra etmək bacarığı olan; Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı olan şəxsdir (rus dili üstünlükdür).
Vəzifə öhdəlikləri
Görəcəyiniz işlər: Məhsul sahibi və dizayn rəhbəri ilə birlikdə UX/UI dizaynlarının biznes tələblərinə və istifadəçi təcrübəsinə uyğun hazırlanması; Biznes ehtiyaclarının təhlili və dizayn həlllərinə çevrilməsi, qərarların məlumatlarla əsaslandırılması; Kəmiyyət və keyfiyyət UX araşdırmalarının aparılması və istifadəçi yönümlü məhsulların hazırlanması; Fərziyyə testi, istifadəyə yararlılıq testi, A/B testləri və digər eksperimental metodlarla məhsulun istifadəyə yararlılığının yoxlanılması; CJM (Customer Journey Maps), User Flow, Mind Maps, İnformasiya Arxitekturası, Wireframe və interaktiv prototiplərin hazırlanması və təqdimatı; Dizayn sistemi ilə işləmək və inkişafında iştirak etmək; Məhsullararası dizayn prinsiplərinə riayət etmək və yeni tendensiyalara uyğunlaşdırmaq; Agile və digər iş proseslərinə uyğun dizayn prosesinə effektiv şəkildə riayət etmək; Dizaynların texniki uyğunluğunu təmin etmək, proqramçılarla sinxron işləmək və proqramlaşdırma üçün dəqiq dizayn materialları təqdim etmək; Mövcud məhsulların performansını təhlil etmək, UX auditi aparmaq və təkmilləşdirmə planları hazırlamaq; Yeni texnologiya və dizayn trendlərini izləmək və komandaya innovativ həllər təklif etmək.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.