İstedadların idarəolunması üzrə təcrübəçi
İş təsviri və tələblər
PAŞA Sığorta ASC namizədləri İstedadların idarəolunması üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin İstedadların idarəolunması proseslərinə dəstək verməklə, təlim və inkişaf proqramlarının təşkili, daxili hesabatların və təqdimatların hazırlanması, məlumat bazalarının yenilənməsi və təlim ehtiyaclarının monitorinqi kimi əsas funksiyaları əhatə edir. Rolu icra edən şəxs İnsan Resursları və Daxili Kommunikasiyalar departamentinin strateji məqsədlərinə töhfə verəcək, komanda ilə sıx əməkdaşlıq edərək təşkilati inkişaf və biznes proseslərinin təkmilləşdirilməsində iştirak edəcəkdir.
Vəzifə öhdəlikləri
Öhdəliklər Təlim və inkişaf proqramlarının təşkili və icrasında dəstək göstərmək Daxili HR hesabatlarının və təqdimatların hazırlanmasına dəstək vermək Daxili məlumat bazalarının və sənədlərin yenilənməsi və düzgünlüyünün təmin edilməsinə dəstək göstərmək Keçirilən təlimlərin qeydiyyatının və qiymətləndirilməsinin aparılmasına dəstək göstərmək Təlim ehtiyaclarının toplanması, monitorinqi və müəyyənləşdirilməsində köməklik etmək Komanda tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək Bilik və Bacarıqlar MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel, Word, PowerPoint) Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı Komandada işləmək və öyrənməyə açıq olmaq Diqqətli, məsuliyyətli və təşəbbüskar olmaq Vaxtın idarə olunması və çoxtapşırıqlı işləmə bacarığı Etik davranış və konfidensiallıq prinsiplərinə riayət Maraqlı tərəflərin idarə olunması bacarığı Emosional zəka və güclü kommunikasiya bacarığı Biznes prosesləri və analitik biliklər, kritik təhlil bacarığı Keyfiyyətli təqdimat və hesabat hazırlamaq bacarığı Araşdırma aparmaq və nəticələri təqdim etmək bacarığı Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil Təcrübə tələb edilmir Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada işləmək imkanı Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar Öyrənmə və bilik mübadiləsi mühiti Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.