İstedadların cəlb edilməsi üzrə baş mütəxəssis
İş təsviri və tələblər
Ali təhsil - Biznesin idarəedilməsi, İnsan Resursları, Psixologiya və ya oxşar sahələr; İstedadların cəlb edilməsi sahəsində minimum 3 il təcrübə, o cümlədən kompleks və kritik rolların bağlanması üzrə təcrübə; Biznesi anlama və istedadların cəlb edilməsi funksiyasını biznes nəticələri ilə əlaqələndirmə bacarığı; Əmək bazarı, axtarış strategiyaları və headhunting üzrə praktiki təcrübə; Azərbaycan və İngilis dili bilikləri; Beynəlxalq HR sertifikatları (SHRM, CIPD və s.) üstünlükdür.
Vəzifə öhdəlikləri
"PAŞA Sığorta" ASC namizədləri İstedadların cəlb edilməsi üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə strateji baxışa malik, biznesə dəyər qatan peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə haqqında qısa təsvir Bu rol klassik işə qəbul funksiyasından kənara çıxaraq, şirkətin biznes məqsədlərinə uyğun strateji talent cəlbetmə yanaşmasının qurulması və inkişafını əhatə edir. Namizəd yalnız prosesləri icra edən deyil, bazarın ən güclü talantlarını müəyyən edən, cəlb edən və seçən, eyni zamanda istedadların cəlbi sistemlərini və yanaşmalarını davamlı təkmilləşdirən strateji tərəfdaş rolunu icra edəcək. Vəzifə öhdəlikləri Biznes liderləri ilə tərəfdaşlıq edərək proaktiv və uzunmüddətli işə qəbul strategiyaları qurmaq; Şirkətin prioritetlərinə uyğun olaraq kritik rollar üzrə istedad hovuzlarının (talent pipeline) yaradılması və idarə olunması; Bazar, rəqiblər və İstedadların əlçatanlığı "talent availability" üzrə analitik öngörüşləri təqdim etmək və qərarverməyə təsir göstərmək; Hədəf istedad seqmentləri üçün fərqli və effektiv cəlbetmə yanaşmaları, headhunting strategiyaları, İstedad xəritələndirilməsi "talent mapping" qurmaq; İşə qəbul proseslərini analiz edərək effektiv, sürətli və keyfiyyətli işə qəbul üçün sistem və standartlar qurmaq; ATS və digər alətlərdən istifadə edərək data və Süni intellekt əsaslı işə qəbul "AI driven recruitment" yanaşmasını inkişaf etdirmək; Namizəd təcrübəsi "Candidate experience", İşə qəbul keyfiyyəti "hiring quality" və İşə qəbul müddəti "time-to-hire" kimi metriklər üzrə davamlı optimallaşdırma aparmaq; Müsahibə yanaşmalarını və qiymətləndirmə metodlarını təkmilləşdirərək daha dəqiq və obyektiv seçim sistemləri qurmaq; Vakansiya üzrə məsul rəhbərlərlə "Hiring manager" birlikdə bar-raising yanaşmasını tətbiq etmək və seçim keyfiyyətini yüksəltmək; Kritik rollar üzrə namizədlərin dərin kompetensiya və potensial analizini aparmaq; Biznes və funksional liderlərlə əməkdaşlıq edərək işə qəbulun strateji tərəfdaşlığını möhkəmləndirmək; Seçim qərarlarında sorğulayan, yönləndirən və dəyər qatan mövqe tutmaq və istedadların cəlbi prosesində iştirak edən tərəflər arasında effektiv qərarvermə mühiti yaratmaq; Yeni alətlər, texnologiyalar və metodologiyaları tətbiq edərək İstedadların cəlbi funksiyasının davamlı inkişafını təmin etmək; Mövcud proseslərdəki boşluqları müəyyən edib dayanıqlı həllər qurmaq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.