Sığorta Tələblərinin idarəolunması üzrə təcrübəçi
İş təsviri və tələblər
PAŞA Sığorta ASC namizədləri Sığorta Tələblərinin idarəolunması üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Sığorta tələblərinin idarə olunması şöbəsində təcrübəçi olaraq, namizəd sığorta iddialarının idarə edilməsində dəstək göstərərək, proseslərin effektivliyinin artırılmasına və müştəri məmnuniyyətinin təmin olunmasına töhfə verəcəkdir. Bu rol, sığorta sənayesində təcrübə qazanmaq və analitik bacarıqları inkişaf etdirmək üçün unikal imkan yaradır.
Vəzifə öhdəlikləri
Öhdəliklər Sığorta tələblərinin qeydiyyatı və ilkin emalında iştirak etmək Müştərilərlə əlaqə saxlayaraq tələb olunan sənədlərin toplanmasına dəstək olmaq Daxili sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək Şöbə əməkdaşlarına gündəlik iş proseslərində kömək göstərmək Sığorta iddiaları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək Bilik və Bacarıqlar Analitik düşüncə və problemləri həll etmə bacarığı Müştərilərlə effektiv ünsiyyət və əməkdaşlıq bacarığı Stressə davamlılıq və məsuliyyətlilik Məntiqi yanaşma və operativ qərarvermə bacarığı Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil: İqtisadiyyat, Hüqüq, Menecment və oxşar sahələr üzrə üstünlükdür Bizim Təklifimiz Peşəkar və dinamik komandada işləmək imkanı Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar Şəffaflıq və əməkdaşlığa əsaslanan iş mühiti "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.