ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi (Reception)

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅23.06.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi (Reception) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Sənədlərin idarəolunması şöbəsinin kiçik mütəxəssisi sənəd dövriyyəsinin təşkili və idarəolunması, daxili və xarici korrespondensiyaların düzgün və təhlükəsiz şəkildə yönləndirilməsi, əməkdaşlar və qonaqlar üçün yüksək səviyyəli qarşılanma və informasiya təminatı, həmçinin şirkətin məxfi məlumatlarının qorunması üzrə məsuliyyət daşıyır. Bu vəzifə təşkilati proseslərin səmərəliliyinin və xidmət keyfiyyətinin artırılmasına mühüm töhfə verir.

Vəzifə öhdəlikləri

Öhdəliklər Şirkətə daxil olan xidməti sənədləri və digər korrespondensiyaları qəbul etmək, ünvanların düzgünlüyünü və zərflərin salamatlığını yoxlamaq, qeydiyyatını aparmaq və aidiyyəti üzrə təhvil vermək. Zərfə səhv qoyulmuş sənədləri geri qaytarmaq və ya göndərənin razılığı ilə müvafiq tədbirlər görmək. Sənədləri göndərmək üçün hazırlamaq, zərflərə yerləşdirmək, qaimələri yazmaq və konvertlərə tikmək, məktubları kuryer şirkətinə təqdim etmək. Əməkdaşları və qonaqları qarşılayıb, yönləndirmək və lazım gəldikdə müşayiət etmək. Yaranan sualları aidiyyəti üzrə araşdırmaq və məlumat vermək. Müraciətləri qeydə almaq və lazım gəldikdə hesabat təqdim etmək. Sənədlərin məxfiliyi və təhlükəsizlik tələblərinə riayət etmək. Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. Bilik və Bacarıqlar Ünsiyyət qurma və komandada işləmək bacarığı. Gülərüzlük və peşəkar davranış. Dəqiqlik və məsuliyyətlilik. Stresli vəziyyətləri idarə edə bilmək və tez reaksiya göstərmək. Öz fikirlərini aydın ifadə etmək. Sığorta qanunvericiliyi üzrə baza bilikləri. Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Ali təhsil. Müvafiq sahədə minimum 1 il iş təcrübəsi. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada işləmək imkanı. Şəxsi və peşəkar inkişaf üçün geniş imkanlar. Fərqli layihələrdə iştirak və yeni biliklər əldə etmək imkanı. Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.