ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Sənədlərin çatdırılması üzrə mütəxəssis

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅22.05.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Sənədlərin çatdırılması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Sənədlərin çatdırılması üzrə mütəxəssis şirkətə daxil olan və göndərilən sənədlərin düzgün idarə olunmasını, qeydiyyatını və struktur bölmələr arasında vaxtında çatdırılmasını təmin edərək, sənəd dövriyyəsinin effektivliyini və təşkilati proseslərin dəqiqliyini artırır.

Vəzifə öhdəlikləri

Öhdəliklər Şirkətə daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul etmək, onların ünvanlarının düzgünlüyünü, zərflərin salamatlığını müəyyənləşdirmək. Zərf açılarkən sənədlərin tamlığını, zədələndiyini və nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğunluğunu yoxlamaq. Zərfə səhv qoyulmuş sənədləri geri qaytarmaq və ya həmin sənədi qəbul etmək üçün göndərənin razılığı ilə müvafiq tədbirlər görmək. Müvafiq kitabda daxil olan sənədlərin qeydiyyatını aparmaq, şöbədə qeydiyyatdan keçmiş xidməti sənədlər və digər korrespondensiyalarla tanış olub, icra edilməsi üçün müvafiq qaydada struktur bölmələrə təqdim etmək. Struktur bölmələrdən sənədləri göndərmək üçün təhvil almaq. Təhvil almazdan əvvəl həmin sənədlərin düzgün tərtib edilməsini, imza, möhür və əlavələrinin tamlığını, o cümlədən ünvan sahibinin adını, ünvanını, müvafiq imzaları, tarixin və əlavələrin olub-olmadığını yoxlamaq. Sənədləri göndərmək üçün hazırlamaq, zərflərə yerləşdirmək, qaimələri yazmaq və konvertlərə tikmək, hazır məktubları ünvanlarına çatdırılması üçün kuryer şirkətinə təqdim etmək. Sənədlərin məxfiliyi və təhlükəsizlik tələblərinə riayət etmək. Rəhbərliyin tapşırıqlarını öz səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək. Bilik və Bacarıqlar Ünsiyyət qurmaq bacarığı. Məsuliyyətlilik və dəqiqlik. Öz fikirlərini aydın və dəqiq ifadə etmək bacarığı. Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı. Komanda ilə işləmək bacarığı. Dil bilikləri: Azərbaycan, Rus. Təhsil və Təcrübə Ali təhsil. Sənədlərlə iş sahəsində ən azı 1 il təcrübə. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq mühiti. Fərdi və peşəkar inkişaf imkanları. Şirkətin inkişafında və uğurunda birbaşa iştirak imkanı. Şəffaf və açıq korporativ mədəniyyət. "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.