İşə Qəbul üzrə Qrup Rəhbəri / Şöbə Rəhbəri
İş təsviri və tələblər
İnsan Resursları, Biznesin İdarəedilməsi və ya uyğun sahə üzrə ali təhsil; İşə qəbul sahəsində minimum 5 il iş təcrübəsi (ümumi sahə üzrə 5–7 il); Microsoft Office (Ms Office) – yüksək səviyyədə; HRM – yüksək səviyyədə; Analitik düşünmə və hesabatlarla işləmə bacarığı; Güclü ünsiyyət və təqdimat bacarıqları; Operativ qərarvermə və problem həll etmə bacarığı; Yüksək məsuliyyətlilik və nəticəyönümlü yanaşma; Dillər: İngilis – orta, Rus – orta.
Vəzifə öhdəlikləri
Vakant tələblərin sistemi üzərindən yoxlanılması və statuslarının düzgünlüyünün təmin edilməsi; İşə qəbul KPI hesabatlarına əsasən vakansiya statuslarının yenilənməsi və monitorinqi; İşə qəbul proseslərinin koordinasiyası və komandanın fəaliyyətinə nəzarət; Karyera günləri, təcrübə proqramları və digər employer branding layihələrinin planlanması və dəstəklənməsi; Aylıq və rüblük işə qəbul planlarının hazırlanması, kurasiya bölgüsü və büdcə ehtiyaclarının müəyyənləşdirilməsi; İş elan saytları, sosial və peşəkar şəbəkələr, eləcə də agentliklərlə əməkdaşlıq vasitəsilə namizəd cəlbinin təşkili; Karyera platformasının inkişafı ilə bağlı müzakirələrdə iştirak, təklif və rəylərin təqdim edilməsi; İşə qəbul proseslərinin optimallaşdırılması və effektivliyin artırılması üzrə təşəbbüslərin irəli sürülməsi.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.