Satış məsləhətçisi (Bərdə mağazası)
İş təsviri və tələblər
Orta məktəb diplomu və ya ekvivalent; Satış sahəsində iş təcrübəsi arzuolunandır; Yüksək ünsiyyət və inandırma bacarığı; Sürətli mühitdə işləmə və bir neçə tapşırığı eyni anda idarə edə bilmək qabiliyyəti; Əməliyyatların aparılması üçün ilkin riyazi biliklər; Müxtəlif iş növbələrində işləmək bacarığı; Dil biliyi: tələb olunmur; Kompüter biliyi: tələb olunmur; Təhsil səviyyəsi: ümumi orta təhsil; Sahə üzrə iş təcrübəsi: 0-1 il.
Vəzifə öhdəlikləri
Müştəri ehtiyacı və tələblərini müəyyənləşdirərək, məhsul və xidmətlərin uyğun olaraq təqdim edilməsi; Cavabdeh olduğu sahə üzrə mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına uyğun riayət edilməsi; Satış hədəflərinin həyata keçirilməsinə dair fəaliyyətlərin icra edilməsi; Məhsul satışından sonra göstəriləcək xidmətlərin təqib edilməsi; Satış performansının artırılması istiqamətində mağaza rəhbərin tapşıırıqlarını icra edilməsi; Müştəri sorğularının cavablandırılması və yaranacaq problemlərin peşəkar şəkildə həll edilməsi; Qüvvədə olan kampaniya şərtlərinin icrasını təmin edilməsi.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.